
“Təkərli kitab dükanı” rəğbət qazanacaq
09:56 11.10.2023
Cəmiyyət
789
Şahbaz Xuduoğlu: “Hər halda ilk dəfədir Azərbaycanda belə bir addım atıldığı üçün risklər var, ilk iş həmişə çətin olur”
“Qanun” nəşrlər evi və “Əli və Nino” kitab mağazaları şəbəkəsi yeni layihəyə başlayıb. Sözügedən sosial layihə ilə bağlı “Şərq” qəzetinə müsahibə verən “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib ki, “Təkərli kitab dükanı" adlı yeni layihədə hər həftə bir bölgəyə səfər edərək, 1,2,3 manata, endirimli kitab satışı həyata keçiriləcək.
- Birdən-birə bu fikir ağlınıza haradan gəldi?
- Əslində uzun müddət idi ucqar rayonları, kəndləri kitabla təmin etmək üçün nəsə bir ideya axtarırdıq. Qərar verdik ki, elə ən yaxşısı hərəkət edən, qapıları döyən, evlərə qonaq gedən kitab dükanı yaratmaqdır. Bu səbəbdən "Təkərli kitab dükanı" yaratdıq.

Plan belədir ki, hər həftə hansısa bölgəyə səfər edək. Bölgədə yaşayan insanlara da 1,2,3 manata, endirimli kitab daşıyaq. Eləcə də özümüzlə yaradıcı insanları həmin yerlərə aparaq. Kəndlərimizdə açıq səma altında poeziya, yaradıcılıq, qiraət axşamları təşkil edək; kitab mühiti yaradaq.
- “Təkərli kitab dükanı” kitab satışına öncə haradan başlayacaq?
- Yaxından uzağa doğru səfər etməyi planlaşdırırıq. Getməzdən əvvəl öz səhifələrimizdə, “Təkərli kitab dükanı” üçün yaradılan ayrıca instaqram səhifəsində öz marşrutlarımızı, gedəcəyimiz yerləri paylaşacağıq. Bacardığımız qədər bütün ölkə ərazisinə səfər edib, səyyar kitab satışını təşkil edəcəyik.
- İlk səfərinizi nə vaxta planlayırsınız?
- Yəqin ki, bu həftə sonu, şənbə, ya bazar günü başlamaq fikrimiz var.
- Hansısa bir işə başlamazdan əvvəl bir gözləntimiz olur. Sizcə, “Təkərli kitab dükanı”na rayon əhalisinin reaksiyası necə olacaq?
- Məncə çox yaxşı! Bizim insanlarımız qonaqpərvərdir. Hesab edirəm ki, getdiyimiz hər rayonda, hər kənddə səyyarv kitab satışı layihəmiz rəğbət qazanacaq. Hər halda ilk dəfədir Azərbaycanda belə bir addım atıldığı üçün risklər var. İlk iş həmişə çətin olur. Amma mən inanıram, inanıram ki, ünsiyyətimiz, satışımız ürəyimizcə olacaq və “Təkərli kitab dükanı” geniş xalq dəstəyi alacaq.
- Daha çox hansı kitabları aparacaqsınız? Dükanla müqayisədə maşının tutumu o qədər də böyük olmur?
- Daha çox oxunan, yerli və tərcümə olunan kitabların hər birindən aparacağıq. Eyni zamanda da kataloqları aparacağıq ki, olmayan kitabların sifarişini qəbul edib sonradan ünvana göndərək. Sözsüz ki, rayon yeri olduğu üçün bahalı kitabların sayı o qədər də çox olmayacaq.
- Yəni maşında ancaq 1,2,3 manatlıq kitablar satılacaq?
- Yox, əlbəttə! Daha yüksək qiymətə olan kitabları seçmək imkanı olacaq. Lakin qeyd etdiyim kimi, rayon yeri olduğu üçün daha çox endirimli kitabların satışına üstünlük veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm