Tələbə gənclər Vətənin qəhrəman övladlarını ehtiramla yad ediblər - FOTO
Tələbə gənclər Vətənin qəhrəman övladlarını ehtiramla yad ediblər - FOTO
Yusif Nəzərli
15:20 27.09.2022
Cəmiyyət
576
Tariximizə qanları ilə şanlı Zəfər yazan şəhidlərimizin Anım Günü ilə əlaqədar olaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları tərəfindən silsilə tədbirlər keçirilib.
Həyata keçirilmiş layihələr, yürüşlər, ekskursiyalar, tədbirlər və konfranslar fonunda tələbə gənclər Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində şəhid olan igidlərimizin xatirəsini ehtiramla yad ediblər.
“ÇƏTİR” proqramı çərçivəsində Vətənpərvərlik klubları şəbəkəsi tərəfindən qazilərlə görüşlər, Şəhidlər Xiyabanına ziyarət və yürüşlər, İntellektual oyunlar klubları şəbəkəsinin təşkilatçılığı ilə Xəmsə intellektual turniri, İncəsənət klubları şəbəkəsi tərəfindən isə film nümayişi və rəsm sərgisi təşkil olunmuşdur.
“Hədəf 10%” və “ON1000” proqramları çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən ayrı-ayrı TGT-lər tərəfindən də silsilə layihələr həyata keçirilib. Belə ki, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və digər təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının təşkilatçılığı ilə keçirilən layihələr çərçivəsində tədbir və görüşlər, intellektual yarışlar, “Əbədi Yaşayanlar” xatirə muzeyinə ekskursiya, Bakı və regionlarda yürüşlər təşkil olunmuş, Vətənin bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin ailələri ziyarət olunmuşdur.
Təşkil olunan silsilə tədbirlər Vətən müharibəsində şücaət göstərmiş qəhrəmanlarımızın əziz xatirəsinin daim tələbə gənclərin qəlbində yaşadığını, hər zaman ehtiram və sevgi ilə anıldığını bir daha göstərdi. Bu gün qalib Azərbaycan gəncliyi həm ön, həm arxa cəbhənin qəhrəmanları olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dəmir yumruq kimi hər zaman birləşməyə hazır olub və bundan sonra da hazır olacaqdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol