Tələbələr, evdar qadınlar da qurbandır
Tələbələr, evdar qadınlar da qurbandır
Yusif Nəzərli
05:40 23.07.2022
Cəmiyyət
661
Onlayn qumar oyunları bir növ dələduzluqdur
Əgər bu platformaların mənbəyi Azərbaycandadırsa, həmin şəxsləri tapıb cəzalandırmaq mümkündür
Son illərin əsas fenomenlərindən biri də məhz onlayn qumar oyunlarıdır. Hansı sayta, hansı səhifəyə daxil olsan, sistem tərəfindən qarşımıza çıxarılan müxtəlif onlayn qumar oyunları zəhmətsiz pul qazanmaq istəyən şəxslərin, xüsusilə də gənclərin dərhal diqqətini çəkir.
Onlayn oyun platformalarının yayılması və inkişafı da gənclərdə qumar oyunlarına meyli artıran əsas faktorlardır. Ən pisi də odur ki, insanların hətta bu saytlara öz smartfonları ilə daxil ola bilmələridir. Belə oyunların bu qədər asan, əlçatan olması təhlükənin daha da artmasına yol açır.
Müxtəlif araşdırmalara görə, bu asılılıq xüsusilə gənclər, universitet tələbələri və evdar qadınlar və işsizlər arasında daha çox yayılır. Xüsusilə gənclərin sərbəst həyata atıldıqları ilk dövrlərdə bu cür oyunlara aludə olması hər mənada inkişaflarının qarşısını alır.
Onlayn kazino çətin bir sistemdir. Əvvəlcə kiçik bir başlanğıc kapitalı verərək oyunçuları cəlb edir və sonra başqasının ehtirasının bəhrəsini alır.
Əlindəki bir manatı beş edəcəyinə inanan insanlar isə son nəticədə əllərində-ovuclarında olanı da itirirlər. Bəziləri isə bu tipli oyunların pul tələsi olduğunu bilə-bilə yenə də pul itirməyə davam edirlər. "Niyə", sualına verdikləri cavablar isə bir-birinə çox bənzəyir: "Qazananlar var", "Bəxtin gətirəndə itirdiyini artıqlamasıyla geri ala bilirsən", "Hər dəfə indiyəcən oyuna qoyduğum pulu qazanmağa çalışıram".
Bəzən bir, yaxud bir neçə dəfə bu yolla qazanc əldə etmək insanda daima qazanacağına, yaxud bir gün yenə qazanacağına olan inamı artırır. Təbii ki, bu da daha böyük itkilərlə nəticələnir: pul, əsəb, etibar, iradə, iş, ailə.
Onlayn qumar asılılığı internet üzərindən oynanılan hər hansı bir qumar oyununa olan asılılıq kimi xarakterizə edilərək psixoloji pozğunluq növü hesab olunur. Bu komplusiv davranış pozğunluğu özünə qapanan insanların ailə həyatına, iş performansına və maddi vəziyyətinə mənfi təsir göstərir.
Onlayn qumar asılılığı bundan əziyyət çəkənləri ciddi maddi itkilərə məruz qoyur. Bu, tez-tez borca düşmək, ödənilməyən borclar, gəlirlərini düzgün idarə edə bilməmək kimi hallarla müşahidə olunur və sonda insan həyatın bütün sahələrində dalana dirənir.
Hüquqşünas Ələsgər Məmmədli “Şərq”ə açıqlamasında deyib ki, bu bir növ dələduzluqdur:
“Əgər bu oyunları yaradanlar insanların etimadından istifadə edib, onların pullarını mənimsəyirsə, dələduzluq faktı ilə bağlı həmin şəxslər haqqında cinayət işi açıla bilər. Təbii ki, bu cür qumar oyunlarının qurbanı olan şəxslərin şikayəti əsasında. Əgər bu platformaların mənbəyi Azərbaycandadırsa, həmin şəxsləri tapıb cəzalandırmaq mümkündür". Qumar, lotoreya oyunları ilə bağlı ümumi standartlar olduğunu vurğulayan Ə.Məmmədli vurğulayıb ki, qanunvericilikdə uyğun görülən şəxslərə lisenziya verilir”.
Bu tip fəaliyyətlərin lisenziyasız fəaliyyətinin qadağan olduğunu vurğulayan hüquqşünas deyib ki, kimlərsə onlayn mühitdə qumar, mərc, müxtəlif kazino oyunları ilə bağlı reklam yayır və təbliğat aparır:
“ İstər onlayn, istərsə də oflayn mühitdə belə hərəkətlər qanunvericiliyə ziddir. Burada cinayət məsuliyyəti yaradan məqamlar var. Xüsusən internet azyaşlılar üçün əlçatan olduğuna görə belə oyunların reklamı daha ciddi məsuliyyət yaradır. İnternet üzərindən kazino oyunları təşkil edən saytların serverləri xarici ölkələrdə yerləşir və internet üzərindən idarə olunur. Bu baxımdan həmin oyunları təşkil edənlərin cəzalandırılması çətin məsələdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Finlandiya XİN: Kiyevə hərbi yardım artırılmalıdır
00:51 22.02.2026
Dünya
Dənizdən tapdığı saatı 3 min dollara satdı
00:31 22.02.2026
Hadisə
Birgə bu seriala çəkiləcəklər
23:58 21.02.2026
Şou
Türkiyə Super Liqası: “Qalatasaray” məğlub olub
23:07 21.02.2026
Futbol
Fransa Baş naziri kabinetin yenidən qurulmasını təxirə saldı
22:33 21.02.2026
Dünya
Tehranda tələbələr etiraza başladı
22:12 21.02.2026
Region
Gəncədə 19 yaşlı tələbə futbol oynayarkən vəfat edib
22:04 21.02.2026
Hadisə
"Manafdan borc istədim vermədi" - Mənzurə Musayeva
21:58 21.02.2026
Şou
Almaniyada bu davranışa mülki cəsarət deyilir
21:51 21.02.2026
Maraqlı
Bratislava silkələndi - Zəlzələ baş verdi
21:34 21.02.2026
Hadisə
Abxaziyada müxalifətçi siyasətçi güllələndi
21:09 21.02.2026
Hadisə
Bizi buna məcbur etmək üçün... - Pezeşkian
20:58 21.02.2026
Gündəm
XİN başçıları regional və beynəlxalq prosesləri müzakirə ediblər
20:53 21.02.2026
Gündəm
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
20:15 21.02.2026
İdman
Ölkədə benzin istehsalı ilə bağlı rəsmi məlumat
20:04 21.02.2026
İqtisadiyyat
Ukraynaya hərbi kontingentlər göndərilməlidir - Conson
19:44 21.02.2026
Dünya