“Sadəcə insanların harda, necə özlərini aparması, azad və ya rəsmi, nə cür faliyyət göstərmələri onların intellekt səviyyəsindən, düşüncəsindən, tərbiyəsindən, şəxsiyyətindən asılıdır. İnternet elə bir resursdur ki, onun sərhədi, senzurası yoxdur. Burda hər hansı sənətlə məşğul olan adam peşəkar işini də nümayiş etdirə, yaxud da özünü o sənətin nümayəndəsi kimi təqdim edə bilər.
“TikTok”un heç bir sərhədi yoxdur
Yusif Sultanoğlu
06:06 28.08.2020
Cəmiyyət
770
Gənclər zəhərlənir, qarşısını almaq da mümkün deyil
“TikTok” günümüzün ən zərərli sosial şəbəkə platformalarından sayılır. Təsadüfi deyil ki, Amerika kimi böyük dövlət də “TikTok”un gənclərə, cəmiyyətə mənfi təsirinin fərqinə varıb, bunun nəticəsində qadağalara əl atıb.
Bu platformada çəkilən videolara baxanda dəhşətə gəlməmək mümkün deyil. Heç bir mənası olmayan görüntülər, hələ kitab üzü açmamış əlinə telefon alıb “Tik tok” çəkən uşaqlar və daha nələr, nələr...
Ona görə də zaman-zaman həmin gəncləri, valideynləri qınayır, uşaqları “TikTok”dan qorumaqlarını təkidlə bildiririk. Lakin cavanlar “TikTok”dan uzaqlaşdıqca yaşlı nəsil onların boşluğunu doldurur.
Təəssüflə qeyd edirik ki, son zamanlar ağsaqqallarımızı, ağbirçəklərimizi “TikTok” öz ağuşuna alıb. Onların yaşlarına uyğun olmayan hərəkətləri, qoca simalarına yaraşmayan videoları cəmiyyətdə qıcığa səbəb olmaqla yanaşı sual yaradır.
Tez-tez gəncliyimizin axırı hara gedir deyirik.
Bəs yaşlılar, bu gedişlə onların aqibəti necə olacaq?
Məsələ ilə bağlı “Sherg.az”a danışan sosioloq Sahib Altay deyib ki, sözügedən problem təkcə bizə aid deyil. Dünyada da belə görüntülər var:
“Sadəcə insanların harda, necə özlərini aparması, azad və ya rəsmi, nə cür faliyyət göstərmələri onların intellekt səviyyəsindən, düşüncəsindən, tərbiyəsindən, şəxsiyyətindən asılıdır. İnternet elə bir resursdur ki, onun sərhədi, senzurası yoxdur. Burda hər hansı sənətlə məşğul olan adam peşəkar işini də nümayiş etdirə, yaxud da özünü o sənətin nümayəndəsi kimi təqdim edə bilər.
Heç bir işdə fəaliyyət göstərməyən, ictimai statusu olmayan bir insan da internetdən istifadə edir. Bunun senzurası, hüquqla tənzimlənmiş forması yoxdur. Münasibətimsə təbii ki, mənfidir. Mən də bütün bunları pis hal kimi qəbul edirəm. Sadəcə qarşısını almağın bir çarəsi yoxdur. Totalitar modelli və ya demokratik ölkə olsun, fərq etmir, vəziyyət eynidir. Yalnız iki şəxsin bir-birini təhqir etməsinə hüquq-normativ var. O da sırf internet baxımından deyil. Ümumi konstitusiya bunu ümumi əsas olaraq, şəxsiyyəti təhqir kimi götürür”.
Ekspert həmçinin bildirib ki, bu gün hamımız internetdən, sosial şəbəkələrdən istifadə edirik, orda yararlanacağımız paylaşımlar, yazılar görürük:
“Heç bir faydası olmayan paylaşımlarla da rastlaşırıq. Ümumiyyətlə, nə isə öyrədib öyrətməməsindən asılı olmayaraq bizə, gəncliyimizə, cəmiyyətimizə mənfi təsir göstərənləri də var. Bunun bir sərhədi yoxdur. Amma, fikrimcə, gələcəkdə ayrı-ayrı ölkələr tərəfindən xüsusi senzura qəbul oluncaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ABŞ-yə vaxt qoydu - Ya razılaşma, ya da müharibə
21:00 17.08.2026
Region
İllərlə muzeydə sərgilənən hərbi texnika Ukraynaya göndərildi
20:49 17.08.2026
Dünya
Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
20:37 17.08.2026
Sosial
"Bild": NATO Rusiyaya qarşı müharibə ssenarisi hazırlayıb
20:27 17.08.2026
Gündəm
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya