“Toppuş bacı”nın ərindən tükürpərdən paylaşım:“Bizi o biri dünyada...”
Yusif Nəzərli
09:42 16.05.2023
Cəmiyyət
543
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal növbəti paylaşımı ilə izləyicilərini kövrəldib.
“Sherg.az” xəbər verir ki, Mədinədən qızı Zəhranın fotosunu paylaşan Röyal bu sözləri yazıb:
“Bura Peyğəmbərimizin dəfn edildiyi Mədinə şəhəri və İslam tarixinin 2-ci məscididir. Gecə otelə gəlmişdik, soruşdum ki, nə dua etdin? Dedi ki, anam üçün dua elədim, o yaxşı insan idi, yeri yaxşı olsun.
Özümə sual verdim ki, görəsən, mən qocalıram, ya Zəhram belə tez böyüdü. Bəzən mənə deyir ki, sən anamı məndən əvvəl tanıyırsan. Ondan danışa bilərsən ? Xatırlayırsan?
Deyirəm, heç unutmadım, ilk tanış olduğumuz gündən. 2014-cü il fevralın 7-də o gözəl, nur üzlü xanımı tanıdım, sevdim. Həmin ilin iyulun 7-də ailə qurdum. Və 2023-cü ilin yanvarın 22-i isə...
Mən Kəbəni təvaf edərkən Rəbbimə dedim, utanıram, səndən nəsə istəməyə. Çünki mənə hər şey vermisən. Məni əməlisaleh insanlardan et və xanımımı sənə tapşırdım. Bizi o biri dünyada da bir yerdə et. 136 gündür ki, mən sənsizəm”.
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi