Tullantı suları Xəzər hələ də çirkləndirir
06:03 19.03.2020
Cəmiyyət
503
Lənkəran, Astara və Masallı rayonlarının Xəzər sahili ərazilərində monitorinq keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, monitorinq zamanı dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. Xəzərə axıdılan tullantı sularda çikləndirici maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib.
İdarənin əməkdaşı Nərmin Babaşova bildirib ki, aparılan monitorinq zamanı məlum olub ki, Lənkəran rayonu ərazisindəki təmizləyici qurğular istismara yararsız olduğundan tullantı suları heç bir təmizləmə prosesi keçmədən sahil zolağına, oradan da dənizə axıdılır. Eyni zamanda, bir çox bələdiyyə ərazilərində formalaşan bərk məişət tullantılarının da təbii axarlara atıldığı aşkar edilib.
“Masallı rayonunda da vəziyyət eynidir. Monitorinq zamanı rayonda formalaşan tullantı sularının yeni istismara verilmiş bioloji təmizləyici qurğuda düzgün təmizləmə prosesi keçmədiyi və Viləşçay vasitəsilə dənizə axıdıldığı məlum olub”.
N.Babaşova Astara rayon təsərrüfatında formalaşan tullantı sularının da Pensərçay və Kələdəhnə çayları vasitəsilə Xəzər dənizinə axıdıldığını bildirib.
O qeyd edib ki, qarşıdan çimərlik mövsümü gəlir, bunu nəzərə alaraq hər bir çirkləndirici çirkab suların dənizə axıdılmasının qarşısının alınması üçün tez bir zamanda zəruri tədbirlər görməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm