Türkiyə MN: “Azərbaycanla “Qardaş Briqada” layihəsi davam edir”
Yusif Nəzərli
12:28 01.11.2021
Cəmiyyət
291
Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında birgə iş, təlimlərin planlaşdırılması və keçirilməsi, idarəetmə və icra prinsiplərinin uyğunlaşdırılması məqsədilə həyata keçirilən “Qardaş Briqada” layihəsi davam edir.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmisi Pınar Kara bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Bu günədək 123 kvadrat kilometr ərazi qoşunlarımız və Azərbaycan hərbçiləri tərəfindən təmizlənib. Bundan əlavə, minaların təmizlənməsi çərçivəsində 899 azərbaycanlı personala təlim keçirilib.
Silahlı Qüvvələrimizin ixtisaslı şəxsi heyəti və texnikası ilə hər cür tapşırıqları yerinə yetirmək üçün imkan və texnikaya malik olduğunu sübut edən birgə təlimlərimiz də davam edir”, - deyə o qeyd edib.
Karanın sözlərinə görə, bununla əlaqədar 2021-ci il 5-8 oktyabr tarixlərində Naxçıvanda Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə “Sarsılmaz Qardaşlıq-2021” təlimi keçirilib.
“İki dövlət, bir millət” anlayışı ilə kədərdə və sevincdə bir yerdə olduğumuz azərbaycanlı qardaşlarımızı 8 Noyabrda qeyd olunacaq Zəfər Günü münasibəti ilə təbrik edir, bundan sonra da indiyə qədər etdiyimiz kimi, bütün imkanlarımızla haqlı mübarizələrində onların yanında olacağımızı bir daha vurğulayırıq”, - deyə Pınar Kaya bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya
Dünya ət qiymətləri rekord səviyyəyə yüksəlib
13:17 08.05.2026
İqtisadiyyat