Türkiyədə bütün kütləvi tədbirlər aprelin sonunadək təxirə salındı
04:59 13.03.2020
Cəmiyyət
558
Koronovirus təhlükəsi ilə əlaqədar Türkiyədə bir çox siyasi təşkilatlarda, mədəniyyət qurumlarında, eləcə də ali məktəblərdə keçirilən mədəni-kütləvi tədbirlər aprelin sonunadək təxirə salınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Ali Təhsil Şurası martın 16-dan başlayaraq ali təhsil müəssisələrində 3 həftəlik tətilin olacağını elan etməklə yanaşı, universitetlərdə bütün tədbirlərin müvəqqəti olaraq ləğvi haqqında qərar verib.
Şuradan bildirilib ki, 3 həftəlik tətildən sonra Türkiyə Səhiyyə Nazirliyinin verdiyi qərar uyğun olaraq addım atılacaq.
Ölkə miqyasında da bir çox mədəni-kütləvi tədbirlər də təxirə salınıb, hətta bəzi özəl teatrlarda biletləri satılan tamaşaların nümayişi belə ləğv olunub.
Qeyd edək ki, Türkiyə Ədliyyə Nazirliyi həbsxanalarda ziyarətlərin ləğv olunduğunu açıqlayıb.
Bir çox siyasi partiyalar da mart-aprel aylarında keçiriləcək tədbirlərin tarixini dəyişib. O cümlədən Cümhuriyyət Xalq Partiyasının (CHP) 28-29 martda keçirəcəyi fövqəladə qurultayının başqa tarixə dəyişdiriləcəyi gözlənilir.
Onu da qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində vətəndaşların qəbulunun məhdudlaşdırılacağı və siyasi partiyaların qrup toplantılarının izdihamsız keçəcəyi nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi