Türkiyəni örnək götürək:"Şəxsiyyət vəsiqəsi üçün hicablı şəklə icazə...”
Fidan Həmişəyeva
13:04 30.06.2021
Cəmiyyət
1242
Samirə Teymurova adlı xanım ASAN xidmətdə şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdirən zaman ondan hicabını açmağı tələb ediblər. O qeyd edir:
“Etiraz edərkən mənə əsaslı şəkildə cavab vermədilər. Çünki növbə var idi və mənə hüquqi prosedurları izah etməyə kifayət qədər vaxt olmadı. Şəxsiyyət vəsiqəsi önəmli olduğu üçün məcbur qalıb onlarla razılaşmalı oldum. Hicablı xanımın başı açıq şəklinin bir bəy tərəfindən çəkilməsi mənə təsir edir. Bir çox tanışım da şəxsiyyət vəsiqəsi alarkən eyni problemlə üzləşib”.
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanununa görə, şəxsiyyət vəsiqəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə uyğun fotoşəkil yerləşdirilir. ASAN xidmətin rəsmi saytında da fotoşəkillərin bu normalara uyğun çəkildiyi qeyd olunub. İCAO-nun normalarında baş örtüyü ilə şəkil çəkilməsinə icazə verilmir. Normalara əsasən alından çənəyədək üz cizgiləri aydın görünməlidir.
Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən tanınmış şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, belə problemlərin yaşanmaması üçün Türkiyəni örnək götürmək lazımdır:
“Mənim yoldaşım da hicablıdır. Bir neçə gün öncə biz də ASAN xidmətdə olduq. Lakin orada örtük açıq olduqda şəkli çəkməyə xanımlar yaxınlaşır. Dəfələrlə söyləmişik ki, milli-mənəvi dəyərlərimizin həqiqi təəssübkeşi Azərbaycan dövləti və ölkə başçısıdır. Dünyəvi dövlət olsaq da, tolerantlıq, birlik və bərabərlik, insan haqlarının qorunması ilə özünü islam təəssübkeşi sayan ölkələrdən geri qalmırıq, hətta irəlidə gedirik. Səhv etmirəmsə, Milli Məclisdə Azərbaycan Ombudsmanı da bu məsələ ilə bağlı çağırış etmişdi. Amma sanki bu mövzu yarımçıq qalıb. Ortada qardaş Türkiyə nümunəsi var. Türkiyədə hicablı xanımların haqlarının mühafizə olunması baxımından şəxsiyyət vəsiqəsinin hicabla şəkil çəkilməsinə icazə verilir. Hətta hicablı xanımlar gömrük və sərhəd postlarını keçərkən hansısa problem yaşamırlar”.
S.C.Əzimbəylinin qənaətincə, problemi tezliklə həllini tapacaq:
“Azərbaycan dünyəvi ölkə olsa da, bizdə mənəvi dəyərlərin təəssübkeşliyi önəm daşıyır. Dövlətimiz bu məsələnin üzərinə getməlidir. İnanıram ki, Qarabağın fatehi, Prezidentimiz İlham Əliyev problemin köklü həllinə göstəriş verəcək. Çünki minlərlə hicablı analarımız vətən üçün qazi və şəhid verdilər. Onlar övladlarının tabutlarını hicabda olarkən qarşıladılar. Bunu unutmaq olmaz”.
Şərqşünas qeyd edib ki, niqabla hicabı qarışdırmaq olmaz:
“Hicabda olan qadının üzü, gözü və sifəti açıq şəkildə görünür. Buna görə narahat olmağa dəyməz. Müsəlman dövlətlərində problem öz həllini tapıb. Niqabda qadının üzü-gözü bağlıdırsa, başa düşmək olar, bəlkə həmin şəxs terrorçudur. Amma Azərbaycan xanımlarının 99 faizi hicablıdır, niqablı yox. Ona görə də problemin tez zamanda həlli tapılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm