Uğursuz adamlar...
Məlahət Rzayeva
08:08 09.09.2021
Cəmiyyət
612
Sosial mediadan faciəyə bir addım var
Türkiyəli sosioloq gəncləri qurban verməmək üçün nələri etməli olduğumuzdan danışıb
Selfi çəkdirmənin gözlənilməz və faciəli ölümlərə səbəb olduğu məlum idi, indi də TikTok can alana çevrilib. İstanbulun Esenyurt bölgəsində gənc qadın Kübra Doğan qohumu ilə birlikdə TikTok üçün video çəkərkən 50 metr hündürlükdən yıxılaraq ölüb. TikTok üçün video çəkmək istədiyi halda, nə yazıq ki, öz ölümünü qeydə alıb. Bu barədə “Milliyyet.com” xəbər verir. Xəbərdə bildirilir ki, Kübra Doğanın ölümü TikTok qaynaqlı ilk ölüm hadisəsidir. Ümid edək ki, birinci və sonuncu olacaq. Lakin mövcud duruma baxdıqda çox da ümidverici görünmür. Selfi çəkdirənlərin başlarına hər cür fəlakətlər gəlir; dağdan aşan kim, dənizdə batan kim, binaların damından, eyvandan yıxılan kim... İndi də TikTok! Mütəxəssislər “insanları, xüsusən də gəncləri bu təhlükələrdən necə qoruyaq” üzərində düşünür. Sosial medianın həyatımıza təsirləri, psixoloji tərəfləri və asılılıq dərəcələri nələrdir? Uşaqları, gəncləri sosial mediaya qurban verməmək üçün nələr etməli? “Sosial media asılılığından necə qorunmalı” sualını türkiyəli sosioloq və tarixçi İsmayıl Öz cavablayıb. İsmayıl Öz sosial media üzərindən paylaşımlara aşırı bağlı olan insanları “bəyənilmə istəyi” ilə əlaqələndirir və bunu özünə inamsızlıq sindromunun əlaməti hesab edir:
- Xüsusən gənclərin sosial mediaya rahat çıxışlarının olması ağlagəlməz, insan təfəkkürünün sərhədini aşan hərəkət və davranışlara yol verməsinə gətirib çıxarır.
Bu da xoşagəlməz, hətta insanların həyatlarını itirdiyi faciəli hadisələrə səbəb olur. Bəzi insanlarda ruh düşkünlüyü onları ölümlə üz-üzə gətirir. Bəzi insanlar isə özlərini və hansısa bacarıqlarını nümayiş etdirmək üçün sosial mediadan istifadə edirlər.
Elə insanlar var ki, başqalarınadan nəyləsə seçilmək istəyir, bəyənilən, hətta arzuedilən olmaq istəyir, bundan xoşlanır və məhz bunun üçün də sosial medianı özlərinə “yardımçı” bilirlər.
Bu tip insanlar həyatda uğur qazanmayanlar, nailiyyət əldə etməyin yollarını bilməyənlərdir. Sadəcə, diqqət çəkmək istəyirlər. Ölümə “meydan” oxumaqdan, adrenalin hiss etməkdən xoşlanırlar.
Bu tip insanlar bəyənmə toplamaq, təqibçi, izləyici sayının çox olmasını istəyir və bunun üçün də ağalgəlməz hərəkətlərə əl atırlar. Bir çox insan hazırda sosial media ilə “yatıb-qalxır”, həyatını bunun üzərində qurur.
Bu davranışlar həm də zamanında həmin insanların ailədən dəstək almadıqlarını göstərir. Onlar aradıqları dəstəyi və diqqəti valideynlərindən görmədikləri üçün sosial mediadakı “dostları”ndan almağa üstünlük verirlər.
Zaman keçdikcə bu istək artır və insanlar bəyənilmə ehtiyaclarını sosial media timsalında cəmiyyətdən almağa çalışırlar. Valideyn övladının gələcəkdə sosial media “xəstəsi” olmasını istəmirsə, kiçik yaşlarından etibarən uşağa diqqət ayırmalı, onun hansısa hərəkətini təqdir etməli, alqışlamalı, bununla da gələcək mümkün faciələrin önünə keçməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol