Ukraynalı jurnalistlər Füzuli şəhərinə səfər ediblər
Yusif Nəzərli
10:13 18.01.2023
Cəmiyyət
263
Bu gün bir qrup ukraynalı jurnalist işğaldan azad edilmiş Füzuli şəhərinə səfər edib.
"Report" xəbər verir ki, Ukraynanın “1+1” və “5-ci kanal” telekanallarının, UNİAN informasiya agentliyinin, “Ukraina seyças” və “Tretya sila” internet nəşrlərinin əməkdaşları Füzuli şəhərində ermənilərin 27 il ərzində törətdikləri vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər.
Jurnalistlərə işğal dövründə erməni terroru nəticəsində Füzuli rayonunun 105 min əhalisinin pərən-pərən düşdüyü, digər işğaldan azad olunmuş rayonlar kimi Füzulidə də yararlı bina qalmadığı, ictimai binalar, evlər, zavodlar, fabriklər, məktəblər, uşaq bağçalarının yerlə-yeksan edildiyi, bu vəhşiliklərlə Ermənistanın özünün əsl simasını göstərdiyi haqda ətraflı məlumat verilib.
Səfər çərçivəsində Füzulidə tikilmiş Beynəlxalq Hava Limanı ilə tanış olan jurnalistlər qısa zaman ərzində görülən quruculuq işlərindən heyrətləndiklərini bildiriblər.
Ukraynalı media nümayəndələrinə 44 günlük Vətən müharibəsində qazanılan böyük qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işləri, o cümlədən Füzulinin yenidən bərpa olunacağı və bu torpaqlara yenidən həyat qayıdacağı barədə məlumat verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol