UNICEF: Uşaqlar üçün ailə dəstəyi həyati əhəmiyyət daşıyır

UNICEF valideynlərin uşaqların sağlam inkişafında əsas rol oynadığını vurğulayaraq, xüsusilə təkbaşına uşaq böyüdən ailələrə daha çox dəstək göstərilməsi çağırışı edib.

Sherg.az təşkilatın açıqlamasına istinadən xəbər verir ki, uşaqların düzgün inkişafı üçün sevgi, anlayış və təhlükəsiz mühit vacibdir. UNICEF bildirir ki, valideynlər təkcə uşaqların fiziki ehtiyaclarını deyil, həm də onların psixoloji və beyin inkişafını formalaşdıran əsas faktordur.

Açıqlamada qeyd edilir ki, xüsusilə iqtisadi və sosial çətinliklər içində yaşayan ailələr daha çox dəstəyə ehtiyac duyur. UNICEF-in fikrincə, valideynlik yalnız fərdi məsuliyyət deyil, həm də dövlət və cəmiyyət tərəfindən dəstəklənməli bir prosesdir.

Təşkilat həmçinin vurğulayıb ki, uşaqların sağlam gələcəyi üçün valideynlərin sosial və psixoloji baxımdan gücləndirilməsi vacibdir və bu istiqamətdə qlobal proqramlar həyata keçirilir.