Valideynlərin “olmaz”ları olmaz olsun!
Yusif Nəzərli
14:01 07.10.2022
Cəmiyyət
733
“Valideynlərin övladları ilə dost olması vacibdir”
“Unutmayaq ki, bu dostluq uşaqları ətrafdakı insanların mənfi təsirlərin də qoruyur”
“Bütün bunlar doğru tətbiq edilsə, uşaqlarla valideynlər arasında heç bir problem qalmaz”
Bir neçə gün əvvəl Naxçıvanın Şərur rayonunda intihar hadisəsi baş verib. 11-ci sinif şagirdi Sadiqov Elməddin Zahir oğlu yaşadığı evin həyətindəki ağacdan özünü asıb. İntiharın dəqiq səbəbləri hələlik məlum olmasa da, iddialara görə, məktəbli ailəsinin ona mobil telefondan istifadə etməsinə qadağa qoyduğu üçün bu addımı atıb. Məlumdur ki, gündəlik həyatda valideynlər övladlarına bir sıra qadağalar qoyur. Təbii ki, bu məhdudiyyətlər valideynlərin öz övladlarını qorumaq istəyi ilə bağlıdır. Amma etiraf edək ki, bəzən onların Naxçıvanda baş verən intihar hadisəsi kimi acı nəticələri də olur. Bəs belə hallarda necə davranmalıyıq? Övladlarımıza hansı şəkildə “olmaz”, “yox” deməliyik?
İndigo Uşaq Bağçasının psixoloqu Orxan Əsgərov bu barədə “Sherg.az”a danışarkən bildirib ki, qadağaların yeniyetmələri, gəncləri intihar həddinə çatdırmaması üçün əvvəlcə valideynlər maariflənməlidirlər:
“İnsan həyatının bir neçə dönəmində keçid dövrü adlandırdığımız bir perioddan keçir. Bunların ən önəmlilərindən biri də yeniyetməlik yaş dövrüdür. Həmin yaş dövründə insanda həm fiziki, həm bioloji, həm də psixoloji olaraq çox böyük dəyişikliklər baş verir.
Ona görə də xüsusilə yeniyetməlik dövründə olan uşaqlarımızla ünsiyyət və davranış metodumuzu seçərkən çox diqqətli olmalıyıq.
Bu yaş dövründəki uşaqlarla qadağa və cəza dili ilə deyil, onları anlayan, onların şəxsi fikirlərinə və qərarlarına dəyər verən biri kimi danışmalıyıq. Əgər biz onların zərərli vərdişlərini aradan qaldırmaq istəyiriksə, bunu aqressiv formada və birbaşa edə bilmərik.
Düşünürəm ki, alternativ təklif etmək metodu bizim üçün faydalı ola bilər. Yəni biz onlardan aldığımız bir şeyin qarşılığında onlara alternativ nə isə təklif etməliyik. Məsələn uşaq bir şirniyyatı istəyir. Bir var biz ona həmin şirniyyat olmaz deyi, əvəzində başqa birini veririk.
Bir də var birbaşa alternativ olmadan ona həmin şirniyyatı yeməyi qadağa edirik. Bu çox incə məqamdır. Uşaq bəlkə də bundan sonra o şirniyyatı yeməyəcək. Amma ikinci variant onda travma kimi qalacaq və o gələcəkdə valideynlərinə güvənməyəcək. Bu psixologiya böyüklərdə də belədir. Çox istədiyimiz bir şey bizdən ani olaraq alınsa, bizdə travma təsiri yaradacaq”.
Psixoloqun fikrincə, valideynlər “olmaz”ları dəfələrlə təkrar etməməlidir. Çünki belə olduqda həmin sözün dəyəri itir və bu övladlarımız üçün adiləşir:
“Verdiyimiz qərarda balansı qorumaqla qətiyyətli olmalıyıq. Digər valideynlərin övladları ilə dost olması məsələsi var. Unutmayaq ki, bu dostluq uşaqları ətrafdakı insanların mənfi təsirlərin də qoruyur. Bütün bunlar doğru tətbiq edilsə, uşaqlarla valideynlər arasında heç bir problem qalmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə