
Var oluşunu göstərən qadın qəbul edilmir - Cəmiyyətin acı üzü...
Yusif Nəzərli
14:05 19.10.2023
Cəmiyyət
934
88 yaşlı kişi gəlinini öldürdükdən sonra intihara cəhd edib.Xəzər rayon prokurorluğu Bakıdakı qətllə bağlı məlumat yayıb.
Qurumdan Trend-ə bildirilib ki, bu gün Gülnarə Dadaşovanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Araşdırma zamanı Yaşar Dadaşovun Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı qohumu Gülnarə Dadaşovanı ov silahından atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Yaşar Dadaşov hadisədən sonra özünü öldürməyə cəhd edib və hazırda xəstəxanada müalicəsi davam edir.
Son vaxtlar qadınlara qarşı törədilmiş cinayətlərin sayı artmaqda davam edir. Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq Əfsanə Rüstəmova bildirib ki, heç bir halda hansısa qətl hadisəsinin bəraəti yoxdur :
"Ümumi olaraq məsələyə baxsaq, boyük ehtimalla həmin insanların uzun müddət birgə yaşayışı olub. Azərbaycan mentaliteti olaraq gəlin qayınata evinə gəlir. Qadın qətilləri dünyanın hər yerində təəssüf ki, tarix yaranandan bu vaxta qədər müşahidə olunan bir vəziyyətdir. Burada qadınların ifadə və maddi azadlıqlarının olmaması birinci arqumentlərdən biridir. Siyasət və idaretmə qurularsa, qadınlara da bir rol verilməlidir. Qadınlar bu sistemin içərisində görməzdən gəlinərsə, özlərini ifadə etməsi və öz güclərindən istifadə etməsi qeyri-mümkün olur.
Onlar öz güclərini fərqli yönlərdə daha çox fitnə-fəsada, qeybətə, şərə bir sözlə, daha neqativ motivlərdə istifadə etməyə başlayırlar. Bunun əsas səbəbi qadın gücündən pozisyon yöndə istifadə edilməməsidir. Yeni inkişafda olan ölkələrdə qadının ifadə azadlığı məhdud olduğu üçün qadınlar bəzi regionlarda daha çox, mərkəzin özündə isə bu mövzuya görə aqressivdirlər.

Təəssüflər olsun ki, öz aqressiyalarını ya övladlarına xətər yetirərək, ya da əxlaqsız davranışlar edərək özlərini cəmiyyətdə varmış kimi göstərirlər. Mental ənənəyə baxsaq, "var oluşu"nu göstərən qadın cəmiyyət tərəfdən normal qəbul edilmir. Burada Azərbaycan kişisinin böyümə şəklini nəzərə alsaq, qadının hər hansı bir vəziyyətdən "kənara çıxması" kişilər tərəfindən düzgün hesab edilmir. Ona görə də böyük ehtimaldır ki, ənənələrə zidd çıxan qadınlar mental ənənələrə önəm verən kişilər tərəfindən öldürülmək üçün ən birinci namizəddirlər. Bu tip cinayətlərdə qətli həyata keçirən şəxsin özünü əsaslandırdığı ideologiya var. "O, belə etdiyi üçün","O, filankəslə danışdığı üçün","O, telefonla çox oynadiğına görə" və bu kimi digər məişət problemlərini qlobal və qəbuledilməz şəkildə əsaslandırırlar. Bu onlar üçün kifayət qədər qətli törətməkdə səbəb olacaq faktor kimi görünə bilir. Amma hər bir halda motiv nə olursa olsun, heç bir şəxsin həyatına son qoyula bilməz. Burada daha çox yaxşı olardı ki, elmə istinad edib, hadisəni analiz etməyi məsləhət verə və öyrədə bilərik".
Ekspert bildirib ki, qadın qətllərinin ən böyük səbəbi cahillikdir:
"İnsanlar qadının əxlaqını, davranışını, özünü ifadəsini mental əxlaq normaları ilə ölçür. Mental və əxlaq normaları sübut oluna bilən elmi faktlarla təsdiq olunarsa, o zaman cəmiyyət olaraq qadınlar da kişilər də bu qaydalara riayət etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol