
Vaxtı keçmiş məhsullar yenidən SATIŞDA...
Yusif Nəzərli
14:08 05.11.2022
Cəmiyyət
492
"Alqoritmə uyğun olaraq, onlar mağazalarda toplanır. Distribüterə qaytarılır”
“Daha sonra istehlakçı şirkətə yönəldilir. Əksər halda istehlakçı şirkət məhsulları ayrı qablara doldurur, tarixini dəyişir, yenidən marketlərə verir”
“Bu dövriyyə illərdir, davam edir”
"AQTA-nın apardığı istehlaka yararsız məhsulların məhv edilməsi kimi analoji işlər dəryada bir damladır". Bu sözləri "Sherg.az"a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.Onun sözlərinə görə, hər gün on tonlarla ərzaq məhsullarının yararlılıq müddəti keçir:

"Alqoritmə uyğun olaraq, onlar mağazalarda toplanır. Distribüterə qaytarılır. Daha sonra istehlakçı şirkətə yönəldilir. Əksər halda istehlakçı şirkət məhsulları ayrı qablara doldurur, tarixini dəyişir, yenidən marketlərə verir. Bu dövriyyə illərdir, davam edir. Çox az istehlakçı şirkətlər öz mallarının ictimai məhvini həyata keçirmək istəyirlər.
Təsadüfi deyil ki, 2 ay öncə AİB və AQTA istehsalçı şirkətin öz təşəbbüsü ilə 100 tondan artıq malın Sumqayıt poliqonunda məhv olunmasında iştirak edib. Çox az miqdarda belə şirkətlər var. Təəssüf ki, digərləri onlara qoşulmurlar. Vaxtı keçmiş mal birbaşa mağazadan məhvetmə poliqonuna getməlidir. İstehlakçı hüquqlarını qoruyan qanunların zəif olduğu bir şəraitdə belə məhsullar çoxdur. Düşünürəm ki, xüsusi bir Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılmalıdır. O, gündəlik AQTA-nın təşəbbüsü ilə vaxtı keçmiş malları yığıb, məhv etməli, yaxud da başqa bir məhsula çevirməlidir. Təəssüf ki, bu proseslər Azərbaycanda görülmür".
Qeyd edək ki, yeddi tondan artıq istehlaka yararsız və istehsal müddəti bitmiş məhsullar məhv edilib. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region