“Vətəndaşların sağlamlığı Prezidentin diqqət mərkəzindədir”- Baş redaktor
Fidan Həmişəyeva
12:52 05.03.2020
Cəmiyyət
655
“Son illər Azərbaycanda aparılan uğurlu islahatlar ümumi inkişafa böyük töhfələr verməklə yanaşı, regionların simasını əsaslı şəkildə dəyişir, insanların sosial şəraitini daha da yaxşılaşdırır”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.
Baş redaktor bildirib ki, hazırda ölkəmizdə səhiyyə xidmətinin daha da yaxşılaşdırılması istiqamətində addımlar atılır:
“Cənab Prezident mütəmadi olaraq ayrı-ayrı rayonlara səfərlər edir, insanlarla görüşür, onların problemlərini, qayğılarını eşidir. Ölkə başçısı problemlərin həlli ilə bağlı ciddi tapşırıqlar verir. Bununla cənab Prezident Azərbaycan dövlətinin hər zaman vətəndaşının yanında olduğunu nümayiş etdirir. Onun regionlara hələ də davam edən son səfərləri bunu sübut edir. Son günlər dünya gündəmini zəbt edən koronavirus təhlükəsinə, kütləvi tədbirlərin məhdudlaşdırılmasına baxmayaraq, dövlət başçısı regionlara səfərlərini təxirə salmadı. Hətta bu səfərlər digərlərindən genişmiqyaslı və uzunmüddətli oldu. Cənab Prezident bir neçə rayonda müxtəlif obyektlərin açılışında iştirak etdi, insanlarla görüşdü. Bütün bunlar bir daha insan amilinin Azərbaycanda dövlət siyasətinin əsas istiqaməti olduğunu sübut edir”.
V.Rəhimzadə vurğulayıb ki, hazırda nəinki paytaxtda, həmçinin rayonlarda ən yüksək standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş müasir tipli səhiyyə ocaqları istifadəyə verilir:
“Məqsəd insanlara göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılmasıdır. Bu günlərdə cənab prezidentin Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etməsi bir daha göstərdi ki, ölkəmizdə müasir səhiyyə infrastrukturu formalaşıb, vətəndaşların sağlamlığı diqqət mərkəzindədir. Son 16 ildə bölgələrdə 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib. 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub, 5 xəstəxananın tikintisi davam edir. Ümumilikdə isə ötən 16 ildə ölkədə 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Qeyd etdiyimiz statistik rəqəmlər dediklərimizin əyani göstəricisidir”.
Baş redaktor əlavə edib ki, hazırda ölkəmizdə koronavirusla bağlı vəziyyət tam nəzarətdədir:
“Cənab Prezidentin göstərişi ilə Nazirlər Kabineti yanında xüsusi Operativ Qərargah yaradılıb. Təxirəsalınmaz tədbirlərin görülməsi üçün 10 milyon manat ayrılıb. Tədris, təlim-tərbiyə müəssisələri müvəqqəti bağlanıb. Maarifləndirmə işləri davam etdirilir, kütləvi tədbirlər təxirə salınıb. Bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb. Bir sözlə, vəziyyət tam nəzarət altındadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm