Vəzifəli şəxs ailəsi ilə qəzaya düşdü: 22 yaşlı xanımı öldü
Yusif Nəzərli
07:44 18.11.2022
Cəmiyyət
318
Şamaxıda ağır qəza baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 16-da saat 20:30 radələrində, Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 108-ci kilometrliyində qeydə alınıb. “Azərişığ”ın vəzifəli əməkdaşı, 1990-cı il təvəllüdlü Əkbərli Emil Rafail oğlunun idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə sürücü, avtomobildə olan sərnişinlər: sürücünün həyat yoldaşı, 2000-ci il təvəllüdlü Əkbərli Suğra Mirağa qızı və 2020-ci il təvəllüdlü oğlu ağır xəsarətlər alıblar. Xəstəxanaya yerləşdirilən 22 yaşlı Suğra Əkbərli bir neçə saat sonra vəfat edib.
Əldə etdiyimiz məlumata görə, İsmayıllı rayon sakini olan E.Əkbərli son günlərədək “Azərişıq” ASC-nin “Şimal-Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Oğuz rayon şöbəsinin rəisi vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl işdən çıxıb və Bakıya təyinat alıb. Hadisə də ailəsi ilə birgə Bakıya gələrkən baş verib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm