
Vikipediyanın Azərbaycan dili bölməsində fəallıq artıb
Vikipediyanın Azərbaycan dili bölməsində fəallıq artıb
09:43 24.01.2024
Cəmiyyət
625
Vikipediyanın Azərbaycan dili bölməsində dərinlik (keyfiyyət) 42-dən 43-ə yüksəlib.
Bu haqda Türk Ağsaqqalları Birliyinin sədr müavini, Vikipediya üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk öz sosial şəbəkə hesabında paylaşım edib.
E.Eltürk bildirib ki, 8 ildən çoxdur ki, ölkədə Vikipediyanın inkişafı istiqamətində çalışan bir şəxs kimi deyə bilərəm ki, uğurlu göstərici məni sevindirməyə bilməz:

"Bir zamanlar göstərici çox aşağı idi. Şübhəsiz ki, bu uğurlu göstəricinin arxasında Azərbaycan Vikipediya icmasının birgə zəhməti və fədakarlığı dayanır. Hər bir könüllü, idarəçi zəngin platformada öz töhfəsini verməyə çalışır. Bu gün Vikipediyanın Azərbaycan dili bölməsində keyfiyyətli, məzmunlu, istinadlarla zəngin məqalələr yaradılır və zənginləşdirilir. Düzdür mən özüm məqalələrin silinməyinin tərəfdarı deyiləm və daha çox mübahisə yaradan məqalələrin etibarlı istinadlarla zənginləşdirilməsini dəstəkləyirəm. Ancaq buna baxmayaraq ortada real nəticə var: Hazırda Vikipediyanın Azərbaycan dili bölməsində inkişafı müşahidə edirik. Bu inkişaf isə doğma dilimizdə məlumat bazasının artmasına və zənginləşməsinə xidmət edir. Vikipediya ciddi platformadır. Orada fəal olmağımız milli maraqlar nöqteyi-nəzərindən də vacibdir”.
O, həmçinin qeyd edib ki, ötən ilin sadəcə dekabr ayı ərzində Vikipediyanın Azərbaycan dilində olan səhifələri 37 milyon dəfə ziyarət edilib, son bir il ərzində isə bu rəqəm 358 milyondur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ABŞ ilə sülh danışıqlarının ikinci raunduna razılaşıb
14:06 21.04.2026
Dünya
Ermənistan Prezidenti Qazaxıstana səfər edəcək
13:58 21.04.2026
Gündəm
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək
13:41 21.04.2026
Aktual
Makron gələn ay Ermənistana səfər edəcək
13:34 21.04.2026
Gündəm
“5 saat masada qalan toyuq ölüm saçır” - Ekspertdən xəbərdarlıq
12:45 21.04.2026
Sağlamlıq
"Tasnim": İrandan Pakistana nümayəndə heyəti getməyib
12:19 21.04.2026
Gündəm
Zelenski: İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur
12:08 21.04.2026
Dünya
Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti iclası keçirilir
11:21 21.04.2026
Gündəm
Onlarla miqrant Gürcüstandan deportasiya edildi
11:18 21.04.2026
Gündəm
Noyer Müllerə çatdı
10:57 21.04.2026
Futbol
Babacanyan: Köçəryan və Sərkisyana seçki qadağası qoyulmalıdır
10:55 21.04.2026
Gündəm
"Fənərbağça" Vedat Muriqi ilə razılaşıb
10:51 21.04.2026
Futbol
17 gün əvvəl müşavir təyin olunan şəxs vəzifədən azad edildi
10:36 21.04.2026
Sağlamlıq
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
10:19 21.04.2026
İqtisadiyyat