"Virusa yoluxma riski rütubətli havada daha çox olur"
- Pediatr
Şəymən Bayramova
08:08 26.03.2020
Cəmiyyət
951
İlk dəfə Çində yayılan və bu gün bütün dünya ölkələrində kütləvi ölümlərə səbəb olan koronavirus təhlükəsi ilə əlaqədar ölkəmizdə bir sıra zəruri profilaktik tədbirlər həyata keçirilir və maarifləndirmə işləri aparılır.
“Bu virusla bağlı ən çox narahatlıq yaradan məsələ onun haqqında informasiya qıtlığı və onun ağır xəstəliyə səbəb olması və pnevmoniyanı inkişaf etdirməsidir. Bilinən odur ki, koronavirus da digər qrip növləri kimi hava-damcı yolları ilə – öskürəklə, asqırma ilə insanları yoluxdurur. Həmçinin, gözə, ağıza və buruna çirkli əllə toxunmaq, xəstələrlə sıx əlaqədə olmaq da infeksiyanın yayılmasını kütləviləşdirir. COVID-19-un simptomları yüksək temperatur, öskürək və təngnəfəslikdir, lakin bu xəstəliyin simptomsuz davam etməsini sübut edən faktlar da az deyil. Hətta on xəstədən doqquzunun simptomsuz olması iddia edilir. Bəzi hallarda, daha ağır davam edən xəstəlik pnevmoniya və yaxud təngnəfəsliyi inkişaf etdirə bilir. Əvvəl dedilər COVID-19-a yoluxan xəstələr arasında simptomların aşkar edilməsi virusla ekspozisiyadan sonra 2-14 gün ərzində baş verir. İndi isə bu müddəton 28 günə qədər uzandığını iddia edirlər.
- Uşaqlar COVID-19 xəstəliyinə yoluxurlarmı?
Hər nə qədər uşaqlar bu virusa yoluxmur desələr də, statistika bunun əksini göstərir. Düzdür, qocalar və xroniki xəstəlikləri olan (məsələn, diabet, ürək-qan-damar və respirativ xəstəlikləri və s.) şəxslər yüksək risk altında olsalar da, koronavirusa yoluxan uşaqlar da var.
Əslində virus yeni olduğuna görə, hələlik onun uşaqlar və ya hamilələr üçün nə dərəcədə təhlükəli olmasına dair kifayət qədər məlumat yoxdur. Mövcud məlumatlara əsasən, istənilən yaşda şəxslər virusa yoluxa bilərlər, amma uşaqlar arasında yayılma nisbətən aşağıdır. Uşaqlar arasında xəstəliyin fəsadları çox nadirdir.
Amma bizim insanlar elementar təmizlik və gigiyena qaydalarına əməl etmirlər. Küçəyə tüpürür, burunlarını silib atırlar. Uşaqların isə özünü müdafiəsi zəifdir. Yolda getdikləri yerdə yıxılır əlləri yerə dəyir, ya hansısa səthdən tuturlar. Sonra da əllərini yumadan ağızlarına, burunlarına vururlar. Bu zaman da onların virusa yoluxma riski böyüyür”.
Pediatr hesab edir ki, maksimum dərəcədə uşaqların evdən çıxması məhdudlaşdırılmalıdır: “Qucaqda və uşaq arabasında olan körpə uşaqları müəyyən qədər təmiz havaya çıxarmaq olar. Çünki onların kütlə arasına qarışması, hansısa səthlərə toxunması mümkün deyil. İnsanların az olduğu sakit, yaşıllıq ərazilərdə körpələri gəzdirmək olar. Güclü nəzarət etməklə böyük uşaqları da havaya çıxarmaq olar. Ancaq yaxşı olar ki bu zaman valideynlər uşaqların əlini buraxmasın. Hansısa oturacaqda oturmasına, gördüyü əşyaya əl vurmasına imkan verməsin. Axı biz bilmirik bizdən əvvəl oturacaqda kim əyləşib? Onu da deyim ki, rütubətli havada risk çox olduğu üçün ancaq günəşli havalarda gəzintiyə çıxmaq olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət