Xüsusi “zəlzələ kabinəsi” düzəldib
Yusif Nəzərli
07:15 24.02.2023
Cəmiyyət
582
Türkiyədəki dağıdıcı zəlzələdən sonra insanlar təbii fəlakətlərə daha hazırlıqlı olmağa çalışır
İzmirdə yaşayan Mustafa Tozan zəlzələdən qorunmaq üçün mənzilində xüsusi “zəlzələ kabinəsi” düzəldib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, Türkiyədəki dağıdıcı zəlzələdən sonra insanlar təbii fəlakətlərə daha hazırlıqlı olmağa çalışır. Ölkə ərazisində, digər bölgələrdə də zəlzələ baş verə biləcəyi ehtimalları nə qədər narahatedici olsa da, insanlar buna qarşı dirəniş göstərə biləcəklərini də ifadə edirlər. İzmirli Mustafa Tozan mümkün zəlzələ halında mənzildə ailəsi ilə qoruna biləcəyi yer düzəldib. M.Tozanın “mühafizə kabinəsi” düzəltmək fikrinə gəlməyinə həyat yoldaşı səbəb olub:
“Həyat yoldaşım İzmir zəlzələsində çox qorxub sarsılmışdı. Kahramanmaraş zəlzələsi baş verdikdə mənə dedi ki, elə bir yer düzəlt, zəlzələ olarsa orada gizlənib özümüzü qoruya bilək. Mən də işə başladım”. İxtisası elektrik mühəndisliyi olan M.Tozan mənzilin televizor qoyulmuş divarının arxasında mühafizə kabinəsi düzəltməyə başlayıb. Kabinənin divarları polad üzlüklərlə örtülüb və 66 ton ağırlığa duruş gətirə biləcək.
Polad üzlüklərin üzərini isə dörd bir tərəfdən süngər materialla əhatələyib ki, dağıntı zamanı yumşaq cisim əhatəsində olsunlar. Kabinədə üstü örtülü sandıq da qoyub. Sandığın içində bir müddət həyatda qala bilmək üçün zəruri əşyalar - su, təhlükəsizlik kəməri, adaptor, batareya, lampa, fit aləti və sair toplanıb.
M.Tozanın mühafizə kabinəsindən xəbər tutanlar eyni kabinədən sifariş edir. M.Tozan mühafizə kabinəsinin istehsalçısı kimi qeydiyyata alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə