Yanvar-mart ayları ərzində Azərbaycanda 34 min 749 körpə doğulub


Yanvar-aprel ayları ərzində Azərbaycanda 34 min 749 körpə doğulub. Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi qızdır.

Dövlət Statistika Komitəsindən Sherg.az-a bildiriblər ki, körpələrin 912-si əkiz, 30-u isə üçəmdir.

İlin dörd ayı ərzində ölkədə, həmçinin 20 min 519 ölüm halı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2 təşkil edib.