Yaralı əsgər: “Özümü bircə ona görə danlayıram ki...”
Banuçiçək Kalbalıyeva
09:37 08.01.2021
Cəmiyyət
843
“...Əsgər yoldaşlarımın yanında sonadək qala bilmədim”
“Şəhidlər ölməz, Vətən bölünməz” ifadəsinin nə qədər doğru olduğunu İkinci Qarabağ müharibəsində bir daha gördük. Minlərlə igidimiz şahadətə qovuşsa da, heç biri ölmədi. Onlar bizim qəlbimizdə əbədi yaşayır və yaşayacaq. Şükür, düşmənin vətənimizi növbəti dəfə bölməsinə də imkan vermədik. Əksinə, tarixi ədaləti bərpa edərək, işğal altındakı torpaqlarımızın böyük bir hissəsini geri aldıq. Bu yolda şəhidlərimiz qədər qazilərimizin də böyük xidmətləri oldu. Hər şeydən əvvəl ona görə ki, ölümün nəfəsini hiss etdilər...
Gənc əsgər İlkin Allahverdiyev də cəmi iyirmi yaşında müharibənin iştirakçılarından birinə çevrildi. Sağ qayıtdı. Və göstərdiyi şücaətə, Cəbrayıl və Qubadlının azad olunmasına görə medala layiq görüldü. Amma 44 günlük hərbi əməliyyatlar onda həm fiziki, həm də mənəvi izlər qoydu.
O, özünün savaş yolu barədə “Sherg.az”a danışıb:
“Orta məktəbi 2019-cu ildə bitirdim. 2020-ci il yanvarın 7-də isə vətəni müdafiəyə çağrıldım. N saylı hərbi hissədə motoatıcı vəzifəsində xidmət etdiyim dövrdə komandirlərin tapşırıqlarını qüsursuz yerinə yetirməyə çalışırdım. Prezident, Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrini səbrsizliklə gözləyirdik. Nəhayət, o gün gəldi.
Sentyabrın 27-də komandir heyəti bizi cərgəyə düzərək müharibənin başlandığını elan etdi. Həmin anlarda hər kəsdə-bütün şəxsi heyətdə qəribə bir ruh yüksəkliyi yarandı. İlk günlərdən etibarən əldə etdiyimiz uğurlar bizi daha ruhlandırırdı.
Əsgərləri saxlamaq olmurdu. Hər kəs döyüşə atılırdı. Oktyabrın 5-də bizi Füzuliyə apardılar. Yoldaykən yemək, dincəlmək üçün vaxt ayrılsa da, hər kəs etiraz edirdi.
Çünki torpaqlarımıza qovuşmağa tələsirdik. Sürətlə irəliləyirdik. Bir də baxdıq ki, Qubadlıdayıq. Bizə müqavimət göstərir, minamyotdan atəş açırdılar. Döyüş vaxtı qəfil üzümü çevirəndə yoldaşlarımın yaralandığını gördüm.
Onlara kömək istədim, amma tərpənə bilmirdim. Yalnız bu zaman ayağımın sındığına, qarın nahiyəmdən qan axdığına fikir verdim.
Bizi ərazidən çıxarıb Füzuli xəstəxanasına apardılar. Həkimlərə, həmçinin bizə hər cür diqqət və qayğı göstərən mülki şəxslərə öz təşəkkürümü bildirirəm. Hazırda müalicəmi evdə davam etdirirəm. Hər şeydən razıyam. Özümü bircə ona görə danlayıram ki, əsgər yoldaşlarımın yanında sonadək qala bilmədim. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm