Yeni koronavirusun 6 fərqli növü müəyyən edildi
11:12 10.06.2020
Cəmiyyət
576
Müxtəlif regionlarda yeni tipli koronavirusun 10 mindən çox nümunəsinin strukturu təhlil edilib və məlum olub ki, hazırda dünyada bu virusun 6 müxtəlif növü yayılmaqdadır.
Lent.az xəbər verir ki, bu barədə AMEA məlumat yayıb. ABŞ-ın Pensilvaniya Universitetinin dosenti Pol Plenetin rəhbərlik etdiyi epidemioloqlar qrupu yeni tipli koronavirusun 10 mindən çox genomunu müqayisə edib. Bu genom nümunələri son 6 ayda dünyanın müxtəlif ölkələrində xəstəliyə yoluxmuş insanların orqanizmindən götürülüb.
Alimlər böyük həcmdə informasiyanı təhlil etmək üçün xüsusi alqoritmdən istifadə ediblər. Bu alqoritm bütün genetik məlumatlar bazasını oxuyur, funksional baxımdan tamamilə üst-üstə düşən və ya identik olan genom hissələrini və fraqmentləri bazadan silir.
Tədqiqatçıların bildirdiyinə görə, yaradılan alqoritm sürətlə yayılan epidemiyaların törədiciləri olan genomları daha tez qruplaşdırmağa imkan verir. Bu metodikadan istifadə etməklə 10,4 min “SARS-CoV-2” ştammı öyrənilərək aydınlaşdırılıb ki, bu virusun 6 klonal qrupu mövcuddur.
Bu araşdırma sayəsində analiz edilən məlumatların həcmini azaltmağa nail olmuş alimlər zülalların və ya siqnal molekullarının strukturunu dəyişən, habelə onların daşıyıcısı olan insanların həyat fəaliyyətinə təsir göstərən bakterial tipli DNT və ya virus tipli RNT variasiyalarını seçiblər. Bu metodikanın köməyi ilə onlar bakteriya və virus ştammlarının oxşar qruplarından ibarət 6 klonal qrup seçiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2026-cı ilin payızına damğa vuracaq 7 moda trendi
11:49 13.09.2026
Maraqlı
İsrail ordusu Livanın cənubuna artilleriya zərbələri endirib
11:45 13.09.2026
Dünya
Vanı nəhəng çəyirtkələr bürüdü: Boyları 20 santimetrə çata bilir
11:30 13.09.2026
Hadisə
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
11:06 13.09.2026
Dünya
Gümrüdə parklanma mübahisəsi qətllə nəticələnib
10:55 13.09.2026
Hadisə
Tatarıstana hücum edildi: ölü və yaralılar var - VIDEO
10:46 13.09.2026
Dünya
Messi MLS-də bombardirlər yarışında liderliyə yüksəldi
10:45 13.09.2026
Futbol
Uşaqlarda yanıq riskini azaltmaq üçün tövsiyələr
10:37 13.09.2026
Sağlamlıq
Banqladeşdə qızılca şübhəsi ilə ölən uşaqların sayı 999-a çatıb
09:57 13.09.2026
Dünya
Macarıstan III Çarlzdan hədiyyə etdiyi iki atını geri istədi
09:31 13.09.2026
Dünya
Sinopda bu il yumurtadan çıxan 73 leylək köç yoluna başlayıb
08:31 13.09.2026
Maraqlı
Rusiyada məktəblərdə hərbi hazırlıq saatları artırılıb
08:07 13.09.2026
Dünya
Bədəndə çoxlu xalınız varsa, hər il saymalısız – Onkoloq
07:29 13.09.2026
Sağlamlıq