
Yumurtanın bahalaşmasının adı inhisarçılıqdır -Şərh
Yusif Nəzərli
05:00 28.12.2023
Cəmiyyət
649
Bu şəraiti yaradan şəxslər dərhal məsuliyyətə cəlb olunmalıdır
Yumurta kimi məhsullar əhalinin əsas istehlak səbətini təşkil edir. Hökumət nəzarəti artırarsa, problem həllini tapacaq
Yumurtanın qiymətində artımın səbəbi bilinmir. Müxtəlif səbəblər gətirilir. Gah Azərbaycandan Rusiyaya külli miqdarda süfrə yumurtası ixrac olunduğunu səbəb kimi göstərərək ölkədə yumurta çatışmazlığı yarandığı, qiymətlərin də buna görə yüksəldiyi, gah da yerli istehsalın azaldığı bildirilir. Lakin məsələ burasındadır ki, Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası bu səbəblərin hər birini inkar edir. Assosiasiya bununla bağlı bəyanat da yayıb: "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq bəyan edirik ki, nəinki son günlərdə, hətta son aylarda birliyimizdə təmsil olunan yumurta istehsalçılarının heç biri tərəfindən yumurtanın müəssisədən çıxış qiymətində artım edilməyib. Belə ki, içərisində 360 yumurta olan bir qutunun marketə çatdırılma da daxil olmaqla, qiyməti 53 manat təşkil edir ki, bu da 1 yumurta üçün 14,5 qəpik deməkdir. Bu qiymət, hətta ötən ilin eyni dövründəkindən 1 qəpik ucuzdur. Bu gün Azərbaycanda gündəlik süfrə yumurtası istehsalı 5 milyon ədədə yaxın, gündəlik tələbat isə 3,6 milyon ətrafındadır. İxraca yalnız və yalnız tələbatdan artıq olan yumurta göndərilir. Biz istehsalçılar olaraq, satış şəbəkələrinə müraciət edirik ki, onlara satış qiymətində hər hansı dəyişiklik etmədiyimiz halda qiyməti artırıb, cəmiyyətimizi narahat edən yalan əsaslandırmalarla əhali arasında ajiotaj yaratmasınlar. Azərbaycan dövləti bütün kənd təsərrüfatı istehsalçılarına olduğu kimi, quş əti və yumurta istehsalçılarına da bir sıra mühüm dəstək mexanizmləri tətbiq edir. İndiki şəraitdə ölkəmizdə yumurtanın qiymətinin artırılması üçün hər hansı iqtisadi əsas yoxdur. Buna görə də biz məhsulumuzu əvvəlki qiymətlərlə satış şəbəkələrinə təqdim edirik. Biz bir daha bəyan edirik ki, Azərbaycanın əsas yumurta istehsalçılarından heç biri topdansatış qiymətlərində hər hansı dəyişiklik etməyib". Qurum satış şəbəkələrinə də xəbərdarlıq edib ki, süni qiymət artımına getməklə ajiotaj yaratmasınlar. Yumurta istehsalında əhalinin tələbatını ödəyəcək həcmdən daha artıq istehsal var və hər hansı çatışmazlıq mövcud deyil.
İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bunun bir adı var inhisarçılıq:

- İstehsalçı konkret bildirir ki, istehsal qiymətində artım yoxdur, yerli istehsal tələbatı qarşılayacaq səviyyədədir. Mən də rast gəlməmişəm yumurtanın qiymətində artıma, amma şayiələr yayılıb. Bu şayiələr Rusiya Prezidenti Vladimir Putinin jurnalistlərlə keçirdiyi brifinqdən sonra yayıldı. Bilirsiz ki, brifinqdə V.Putin bəzi kənd təsərrüfatı məhsulları ilə bağlı tələbatın ödənməsində çətinlik olduğunu söylədi. Rusiya Azərbaycanın strateji tərəfdaşıdır, kənd təsərrüfatı məhsullarının əsas alıcısıdır. Bilirsiz, bazar münasibətlərində tələbat artarsa, qiymət sıçrayışının baş verməsi mümkündür. Amma hazırda yumurta istehsalı ilə bağlı çətinlik yaşanmır, ixrac mövcudluğu da yoxdursa, qiymət istehsalçı tərəfindən qaldırılmayıbsa, qiymət artımının səbəbkarlarını topdansatış mərkəzlərində axtarmaq lazımdır. Topdansatış mərkəzləri öz aralarında danışıqlara gedir, razılığa gəlirlər ki, filan məhsulu satış mərkəzlərinə, marketlərə fərqli - baha qiymətə satsınlar. Marketlər də məcburdur, əvvəlkindən fərqli qiymətə aldıqları məhsulu artıq fərqli qiymətə satışa çıxarsınlar. Bunun inhisarçılıqdan başqa adı yoxdur. Hesab edirəm ki, bu şəxslər məsuliyyətə cəlb olunmalıdır. Çünki yumurta da çörək, şəkər tozu, qənd, un məmulatları kimi, hətta mən bu sıraya kərə yağını, ət məhsullarını da əlavə edirəm, bunlar əhalinin əsas istehlak səbətini təşkil edir. Hökumət nəzarəti artırarsa, problem həllini tapacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Fars körfəzi ölkələrinə xəbərdarlıq edib
02:22 22.04.2026
Region
Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb
01:55 22.04.2026
Gündəm
Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb
01:30 22.04.2026
Dünya
Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir
00:46 22.04.2026
Sağlamlıq
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq