"Zəfər tariximizin regionlarda təbliği"layihəsi çərçivəsində Şəki rayonunda tədbir təşkil olunub
Yusif Nəzərli
08:50 13.10.2022
Cəmiyyət
626
Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər tariximixin regionlarda təbliği” layihəsi çərçivəsində 12 oktyabr 2022-ci il tarixində Şəki rayonu Dövlət Regional Kollecində tədbir keçirildi.
Tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və Şəki rayonu gəncləri iştirak etmişdir. Tədbirdə çıxış edən “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev çıxış edərək təşkilatın fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb.
Qeyd edək ki, ictimai birlik fəaliyyət başladığı gündən etibarən şəhid ailələrinin, qazi və müharibə iştirakçılarının mütəmadi olaraq qayğısına qalmışdır.
Eyni zamanda layihə barədə də məlumat verərək bildirib ki, layihənin məqsədi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin gənclərə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsidir.
Aprel döyüşlərinə və 44 günlük “Vətən müharibəsi”- nə həsr olunan 1 günlük tədbirlərin keçirilməsi nəzərdə tutulur. Həmin tədbirlər Balakən, Zaqatala, Qax, və Şəki rayonlarında şəhid və qazi ailələri ziyarət olunması nəzərdə tutulur. Daha sonra, Şəki rayonu Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifov çıxış edərək, kollecdə təhsil almış şəhid və müharibə iştirakçıları, qazilər haqqında məlumat vermişdir.
Daha sonra, şəhid Səbuhi İsgəndərlinin anası Gülnarə xanım çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıdan olan məmnunluğundan söz açdı. Qeyd edək ki, tədbirdə 44 günlük “Vətən müharibəsi”-də torpaq uğrunda canlarını fəda etmiş şəhidlərimiz Əhmədov Rəşad, Əhmədov Vasif, Eltun Kərimov, Pənah Məmmədov, Elçin Nadirovun anaları iştirak etmişdir. Tədbirdə “Zəfər tarixi”-mizə həsr olunan video təqdimat nümayiş olundu. Sonda Şəki rayonu Şəhidlər Xiyabanı ziyarət olundu və xatirə şəkli çəkildi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm