Məzahir Məmmədli: Hər il olduğu kimi sualların çətin və adekvat olmadığını deyənlər tapılacaq
12:10 05.09.2024
Sosial
876
Sertifikatlaşdırma prosesinin müsahibələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
"Sherg.az" xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. 9 sentyabr tarixindən etibarən sertifikatlaşdırma prosesinin müsahibələri təşkil olunacaq.
Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.
Xatırladılıb ki, test imtahanlarında keçid balı toplayan şəxslərin əməkhaqqına 10%, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına 35% əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.
Qeyd edilib ki, 2023-cü ildə təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində 21 883 nəfər təhsilverən iştirak edib. İştirak edən təhsilverənlərdən 21 784 (99.5%) nəfəri uğur qazanıb.
Sual ortaya çıxır ki, müsahibə mərhələsində də kəsilmə halları ola bilərmi? Suallar hansı səviyyədə olacaq?
''Məktəb guşəsi'' saytının rəhbəri, təhsil eksperti Məzahir Məmmədli "Sherg.az"a deyib ki, Təhsil İnstutunun qərarı ilə sentyabrın 9-undan müəllimlərin sertifikasiya imtahanından keçən şəxslər üçün müsahibə mərhələsi başlayır:
''MİQ imtahanlarından sonrakı mərhələdə də müəllimlər təyinat almadan öncə müsahibələrə dəvət olunurdular. Bildiyim qədəri ilə orada çox ağır suallar verilmir. Sadəcə olaraq ilk təmasdan müəllimlərin psixoloji durumu, sinifə hazırlığı yoxlanılacaq. Müsahibəni aparanlar isə məktəb direktorları, illərin təcrübəli müəllimləri olacaq. Fikrimcə, müəllimlər bu yöndə maneə yaşamayacaqlar. Təbii ki, hər il olduğu kimi sualların çətin və adekvat olmadığını deyənlər tapılacaq. Müəllimlər əvvəlki vaxtın təcrübəsindən yararlanaraq sualların necə olacağını bilirlər. Təbii ki, bəzi istiqamətlər də müəyyənləşir. Bu səbəbdən sertifikasiyadan uğurla keçən hər bir müəllimin müsahibədən də keçəcəyini güman edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya