
Paşinyan boş yerə özünü yorur
03:36 16.11.2024
Siyasət
585
"Sülh qovşağı" layihəsi mümkünsüzdür
“Ermənistan əvvəlcə işğalçılıq siyasətinin bədəlini ödəməlidir. Bu da yalnız Azərbaycanın şərtləri daxilində olmalıdır”
Ermənistan Baş naziri Nikol Paşinyan bu günlərdə regional kommunikasiyaların açılması ilə bağlı qərarın ola biləcəyini qeyd edib. Baş nazir bildirib ki, Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması üzrə qarşılıqlı məqbul həll yoluna yaxındır. Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sərkis Xandanyan da deyib ki, İrəvan Bakıya regional kommunikasiyaların açılması məsələsi ilə bağlı təklif göndərib: “Təfərrüata girə bilmərəm, amma ümumilikdə bu təkliflərin ruhu iki ölkənin suverenliyinə əsaslanan “Sülh qovşağı” layihəsindən qaynaqlanır”.
Xarici işlər naziri Ceyhun Bayramov Paşinyanın kommunikasiyaların açılması ilə bağlı fikirlərinə aydınlıq gətirib. XİN rəhbəri bəyan edib ki, Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması yeni mövzu deyil. Nazir deyib ki, 2020-ci il üçtərəfli bəyanatda buna dair xüsusi bənd mövcuddur: “Orada Ermənistanın üzərinə götürdüyü öhdəliklər mövcuddur. Mövzu uzun müddət ərzində müzakirə predmetidir. Üç il yarımlıq müzakirələrdən sonra “razılıq əldə olunub” sözü hesab edirik ki, gecikmiş sözdür. Bu razılıq çoxdan əldə olunmalı idi. Hələ bununla bağlı rəsmi sənəd yoxdursa, Ermənistan bu istiqamətdə heç bir işə başlamayıbsa, deməli, hələ də açıq məsələlər mövcuddur. Azərbaycan ərazisində isə nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı artıq uzun müddət ərzində işlər sürətlə gedir və həmin infrastruktur Ermənistanla sərhədə kimi yaxın zamanda çatdırılacaq”.
Politoloq Azər Qasımov "Sherg.az"a bildirib ki, Nikol Paşinyanın gündəmə gətirdiyi "sülh qovşağı" layihəsi Azərbaycan üçün məqbul hesab edilmir. Ekspertin sözlərinə görə, bu layihəni bir müddət öncə 2023-cü ildə Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin iştirakı ilə keçirilən İpək Yolu Beynəlxalq Forumunda Nikol Paşinyan tezislər şəklində bəyan etmişdi:

"Buna isə Azərbaycanın reaksiyası mənfi olmuşdu. Paşinyana 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi xatırladılmış və bu bəndin icrasının yerinə yetirilməsi tələb edilmişdi. İndi baş nazirin yenidən nəsə maraqlı bir təkliflə çıxış edirmiş kimi bəyanat verməsi, əslində, məsələnin mahiyyətindən uzaqlaşmaq cəhdidir. Hər iki ölkənin suverenliyinin ruhundan danışmazdan əvvəl Ermənistan rəhbəri yaxın tarixdəki işğalçı hərəkətlərini yadına salmalı, hansı yolla bu işğala son qoyulduğu və imza atdığı kapitulyasiya sənədinə baxmalı idi. İnd heç nə olmamış kimi regionda sülhdən və kommunikasiyaların açılmasından danışmaq asandır. Amma Ermənistanın hansı cəhətlərə görə belə optimist bəyanatlar verdiyini anlamırıq".
Analitik düşünür ki, Paşinyan bu cür bəyanatlarla regionda "söz sahibi" olduğu görüntüsünü yaratmaqla məğlub imicini ört-basdır etməyə çalışır: "Baş nazir dünya ictimaiyyətinin gözünə kül üfürməklə məşğuldur. Azərbaycan üçün tək məqbul həll yolu 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamənin 9-cu bəndində qeyd edildiyi və Paşinyan tərəfindən şəxsən imza atılan Naxçıvanla maneəsiz gediş-gəliş şərtidir. Bundan başqa ortaya atılmış həll yolları Azərbaycanın maraqlarına uyğun deyil. Hesab edirəm ki, perspektivdə Paşinyanın təklifinin reallaşması mümkünsüzdür. Ermənistan əvvəlcə işğalçılıq siyasətinin bədəlini ödəməlidir. Bu da Azərbaycanın şərtləri daxilində olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol