
Şoltsun Putinə zəngi onu göstərir ki... -Analiz
Yusif Nəzərli
12:39 16.11.2024
Dünya
491
Almaniya kansleri Olaf Şolts təxminən iki illik fasilədən sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Heberştrayt deyib. O, ədalətli və davamlı sülhə nail olmaq üçün Rusiyanın Ukrayna ilə danışıqlara hazır olmasında israr edib. Şolts həmçinin Almaniyanın Kiyevi lazım olduğu müddətcə dəstəkləməkdə sarsılmaz qətiyyətini açıqlayıb. O, Putini münaqişəni dayandırmağa və qoşunları geri çəkməyə çağırıb. Heberştrayt əlavə edib ki, kansler Putinlə söhbətindən öncə Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı aparıb.
Hərbi ekspert Emil Həsənli “Sherg.az”a söyləyib ki, Donald Tramp Amerikada prezident seçildikdən sonra vəziyyət dəyişib:

“Donald Trampdan öncə də ABŞ Konqresi bir müddət Ukraynaya yardımə ləngitdi və 65 milyadr dollarlıq paketi uzun müzakilərdən sonra qəbul etdi. Yəni Ukraynaya dəstək lazimi səviyyədə olunmadı. İlkin dövrlərdə tanklar, toplar, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri verilmədi. Daha sonra isə Rusiya ərazilərinə hücum etmək qadağan olundu. Həmçinin uzun müddət F16 təyyarələri Ukraynaya verilmədi. Beləliklə Ukrayna əraziləri işğal olundu. Hətta Rusiya ordusu Kiyevin yaxınlıqlarına qədər gəldi".
Ekspert qeyd edib ki, hər iki tərəf savaş nəticəsində böyük itki verib:
"Müharibə səbəbindən Ukraynanın 10 milyondan çox vətəndaşı qaçqın halında dünyanın dörd bir tərəfinə dağıldı. İndi isə Almaniya kanslerinin zəngi onu göstərir ki, Qərb artıq müharibəni istəmir. Çünki Amerika başda olmaqla Qərb istədiklərinə nail oldu. İsveç və Finlandiyanı uzun müddətdən sonra NATO üzvü etdilər. Qara dənizdə Rusiyanı sıxışdırdılar. Eyni zamanda Qərb Rusiyanı nüfuzdan salmağa çalışdı. Onlar indi Rusiya ilə əlaqələri yaxşılaşdıraraq, ucuz qaz almaq istəyirlər. Zaman göstərdi ki, hisslərlə aparılan siyasət məğlubiyyətə aparır. Qərbin nağıllarına inanan Ukrayna indi çox çətin durumda qalıb və Rusiyanın şərtlərini qəbul etmək məcburiyyətində olacaq. Ukrayna NATO və Avropa Birliyinə uzun müddət qəbul ola bilməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət