Faktiki hava AÇIQLANIB
Yusif Nəzərli
05:36 14.12.2024
Cəmiyyət
480
Dekabrın 14-ü saat 9:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasında və əksər bölgələrdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən Sherg.az-a verilən xəbərə görə, hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində sulu qar, qar, Quba, Qusar, Altıağac, Şahdağ, Xaltan, Şərur, Qobustan, Daşkəsən, Lerik, Qax, Gədəbəy, Xocalı, Laçın, Füzuli, Cəbrayıl, Kəlbəcər, Şuşada qar yağır. Bəzi ərazilərdə yağıntılar intensiv xarakterlidir.
Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə şimal-qərb küləyi güclənib. Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 30 m/s, Zaqatalada 34 m/s, Mingəçevirdə 32 m/s, Goranboyda 31 m/s, Tərtər, Naftalan, Ağdamda 30 m/s, Bərdə, Balakən, Şəki, İsmayıllı, Tərtərdə 28 m/s, Gəncə, Göyçayda 25 m/s, Yevlaxda 24 m/s, Culfada 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçala, Şahdağ, Zərdab, Şəmkir, Qəbələdə 20 m/s, Bərdə, Tovuz, Oğuzda 18 m/s, Qax, Sabirabadda 17 m/s, Gədəbəydə 16 m/s -yə çatıb.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 5.6 metrdir.
Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraitinin dekabrın 14-ü günün ikinci yarısınadək davam edəcəyi gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm