Paşinyan: Ermənistanın təhlükəsizliyinin yeganə etibarlı təminatı sülhdür

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin təhlükəsizliyinin yeganə real və etibarlı təminatının sülh olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə Dublində çıxışı zamanı məlumat verib.

Nikol Paşinyan qeyd edib ki, hüquqi baxımdan Ermənistanın təhlükəsizliyinin təminatçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır (KTMT):

"Lakin təşkilat üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib".

N. Paşinyan hazırda Azərbaycanla sülhün möhkəmləndirilməsinə və institusional əsaslarının gücləndirilməsinə diqqət yetirdiklərini vurğulayıb:

"Müstəqillik dövründə Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində hər il itkilər qeydə alınıb. Son iki ildə tərəflər arasında ölüm halları baş verməyib".

Nikol Paşinyan, həmçinin Azərbaycanla ikitərəfli ticarətin başladığını və TRIPP layihəsinin həyata keçirilməsi mərhələsinə keçdiklərini qeyd edib.