YAP sədrinin müavini: Zəngəzur dəhlizi Azərbaycan ilə Çini bir araya gətirərək Avrasiyada işbirliyini gücləndirəcək
12:45 02.04.2025
Siyasət
385
Ölkəmizin prinsipial mövqeyi fonunda qarşıdakı dövrdə Zəngəzur dəhlizinin reallaşdırılması Azərbaycan ilə Çini yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gətirərək Avrasiyada konstruktiv işbirliyinin güclənməsini şərtləndirəcək.
APA xəbər verir ki, bunu “Azərbaycan – Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O bildirib ki, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində Avrasiyanın mühüm tranzit qovşağına çevrilən Azərbaycan Çinin "Bir kəmər, bir yol" layihəsinə ilk dəstək verən ölkələrdən biri kimi bu layihə və Orta Dəhliz çərçivəsində əməkdaşlığın genişləndirilməsində son dərəcədə maraqlı olduğunu öz əməli fəaliyyəti ilə əyani şəkildə nümayiş etdirməkdədir: “Heç şübhəsiz, ölkəmizin prinsipial mövqeyi fonunda qarşıdakı dövrdə Zəngəzur dəhlizinin reallaşdırılması tərəfdaş dövlətləri, o cümlədən Azərbaycan ilə Çini yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gətirərək Avrasiyada konstruktiv işbirliyinin güclənməsini şərtləndirəcək. Dünyada yüksək nüfuza malik olan dövlətlər kimi Azərbaycan ilə Çin beynəlxalq müstəvidə əməkdaşlığı xüsusi diqqət mərkəzində saxlamaqla bir-birinin maraqlarının qorunmasına böyük önəm verirlər. Öz ərazi bütövlüyü və suverenliyini tam təmin edərək yeni geostrateji reallıqlar yaradan Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini əsas götürərək müstəqil dövlətlərin, o cümlədən dost və tərəfdaş Çinin ərazi bütövlüyünə, eləcə də Vahid Çin prinsipinə birmənalı dəstəyini daim ifadə etməkdədir. Öz növbəsində, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Çin Xalq Respublikasının Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi xalqımız tərəfindən yüksək dəyərləndirilir. Çinin ölkəmizin BRICS platformasında təmsilçiliyinə və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafına dəstək göstərməsiisə daha bir səmimi dostluq və tərəfdaşlıq nümunəsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya