30 illik hegemonluq sona yaxınlaşır -POLİTOLOQ
Yusif Nəzərli
13:09 09.08.2025
Cənubi Qafqaz
518
ABŞ regionda Rusiyanın təsirini zəiflədərək sülh prosesini irəli aparır
Rusiyanın Gürcüstana 2008-ci ildəki hücumundan 17 il ötdü. 17 il öncə Rusiya separatçı Cənubi Osetiyanı "müdafiə etmək" və "təhlükəsizliyi təmin etmək" adı ilə Gürcüstana qarşı hərbi əməliyyatlara başladı. Moskvanın hərbi müdaxiləsi olmasaydı, Gürcüstan separatizmə son qoyaraq Cənubi Osetiyada dövlət suverenliyini bərpa edə bilərdi. Lakin Kremlin bu hücumdan sonra Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması, beynəlxalq hüququn pozulması idi. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bir dövlətin separatizmə açıq dəstək verməsi və qondarma "respublikaların" müstəqilliyini tanıması, gələcəkdə atacağı daha təhlükəli addımların xəbərçisi idi. Lakin Qərb, xüsusən ABŞ və Avropa Moskvanın bu addımlarına qarşı zamanında sərt tədbirlər görmədi. Nəticədə, Rusiya 2014-cü ildə Krımı ilhaq etdi və Ukraynanın şərqində separatizmi alovlandırdı. Bu prosesin son mərhələsi isə 2022-ci ildə “xüsusi hərbi əməliyyat” adı ilə Ukraynaya qarşı genişmiqyaslı işğal oldu.
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, hazırda Rusiya ilə Qərb arasında həm Şərqi Avropada, həm də Cənubi Qafqazda ciddi geosiyasi toqquşma müşahidə olunur. Analitik vurğulayıb ki, Qərb nəhayət, Rusiyanın aqressiv geosiyasətini anlayaraq, müdafiə sənayesini gücləndirir və Ukraynaya hərbi-siyasi dəstəyi davam etdirir:
"Bu kontekstdə Cənubi Qafqazda da mühüm siyasi transformasiyalar baş verir. ABŞ bölgədə sülhü təmin etmək və Rusiyanın nüfuzunu sıfırlamaq istiqamətində həlledici mərhələyə keçib. Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtona dəvət olunması bu istiqamətdə ciddi irəliləyişin göstəricisidir. Moskvanın regionda siyasi proseslərə təsir imkanları məhdudlaşdırılıb. Rusiya artıq Ermənistan-Azərbaycan sülh prosesindən kənarda qalır. Onun qeyri-konstruktiv siyasəti, ikili oyunları və region ölkələrinə qarşı etimadsız yanaşması, nəticədə onu regional proseslərin kənarına atıb. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra, Baş nazir Nikol Paşinyanın Ermənistandakı 102-ci Rusiya hərbi bazasının fəaliyyətinə son qoymaq üçün konkret addımlar atacağı mümkün görünür. Rusiya isə hazırda bu hərbi baza vasitəsilə yeni təxribatlara əl atmaq imkanlarından məhrumdur".
Ekspert qeyd edib ki, Rusiya həmçinin Cənubi Qafqazda strateji əhəmiyyətli Zəngəzur dəhlizinə nəzarət imkanlarını da itirib:
"Bu, Moskvanın Orta dəhlizə nəzarət imkanlarını zəiflədir. Beləliklə, Cənubi Qafqazda Azərbaycanın təşəbbüsləri ilə formalaşan yeni regional düzən Rusiyanın 30 illik vəkalət müharibəsinə son qoymaqla, onun hegemonluğuna ciddi zərbə vurur. Buna cavab olaraq Rusiya Xəzər dənizində hərbi fəallığını artırmağa çalışacaq. Amma bu, artıq bölgədə gedən siyasi transformasiyanın önünü kəsməyə yetərli deyil. Cənubi Qafqazda yeni siyasi düzən formalaşır. Azərbaycan bölgənin əsas siyasi və iqtisadi aktoruna çevrilərək, Rusiyanın regionu nəzarətdə saxlamaq siyasətini zərərsizləşdirir. Artıq bölgədə sülh və sabitlik prosesləri Rusiyasız həll olunur və bu, Moskvanın zəifləyən nüfuzunun bariz göstəricisidir".
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm