Xərçəng yaradır, qadağan olunacaq
15:17 22.10.2025
Sağlamlıq
484
Əl dezinfeksiya vasitələrindəki etanol təhlükəlidir
Avropa Birliyi (AB), çox saylı əl dezinfeksiya vasitələrinin əsas tərkib hissəsi olan etanolun potensial xərçəng törədici maddə kimi təsnif edilərək qadağan olunub-olunmayacağını nəzərdən keçirir.
Sherg.az xəbər verirki, “Financial Times” qəzetinin məlumatına görə, Avropa Kimyəvi Maddələr Agentliyinin (ECHA) işçi qrupu 10 oktyabr tarixli daxili qiymətləndirmə hesabatında etanolun “toksik” olduğunu vurğulayıb.
Hesabatda qeyd olunub ki, etanol xərçəngə və hamiləlikdə komplikasiyalara səbəb ola bilər. Eyni zamanda, təmizlik məhsulları və digər biyosidal tətbiqlərdə etanol əvəzinə alternativ maddələrin istifadəsi tövsiyə edilir.
ECHA-nın Biyosidal Məhsullar Komitəsi mövzunu müzakirə etmək üçün 25-28 noyabr tarixlərində iclas keçirəcək. Komitə, bu iclasda etanolun “xərçəng törədici” kimi qiymətləndirilib-qiyətləndirilməyəcəyinə qərar verəcək. Əgər belə bir qərar qəbul olunarsa, maddənin əvəzlənməsi tövsiyə olunacaq.
Lakin mövzu ilə bağlı son qərarı Avropa Komissiyası verəcək. Agentlik, “Financial Timesa” açıqlamasında bildirib ki, etanolun gözlənilən təsir səviyyələri təhlükəsiz hesab edilərsə və ya alternativ mövcud deyilsə, biyosidal istifadə üçün hələ də təsdiqlənə bilər. Qeyd olunub ki, mövzu ilə bağlı hələ rəsmi qərar verilməyib.
Digər tərəfdən, Dünya Səhiyyə Təşkilatı (ÜST) etanol və izopropil spirtini əl gigiyenası baxımından təhlükəsiz hesab etməyə davam edir. Bu maddələr dünya üzrə dezinfeksiya və sterilizasiya məhsullarında geniş istifadə olunur. AB-nin etanolun yenidən təsnifatı, təmizlik və şəxsi gigiyena məhsulları istehsal edən şirkətlərə ciddi təsir göstərəcək. Xüsusilə Covid-19 pandemiyası zamanı əhalinin sağlamlığının qorunması üçün vacib alət olan əl dezinfeksiya vasitələri də bu məhsullar arasında yer alır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət