Aİ-Ermənistan əməkdaşlığı regional sabitliyə deyil, siyasi yönümlü təsirə xidmət edir -AÇIQLAMA
13:44 14.07.2025
Cənubi Qafqaz
350
Aİ Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma istiqamətində atdığı addımları dəstəkləyir.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta özünün “X” hesabında Ermənistanın Baş naziri Nikol paşinyanla görüşünü şərh edərkən yazıb.
“Avropa İttifaqı Ermənistanın ambisiyalı islahatlarını dəstəkləyir. Biz Ermənistanın Cənubi Qafqazda stabilliyin bərqərar edilməsi üçün göstərdiyi səyləri alqışlayır. Yaxın vaxtlarda əldə olunmuş Aİ-Ermənistan Əməkdaşlıq Gündəliyi əlaqələrimizdə yeni bir fəsildir. Hansı ki, regional və iqtisadi münasibətləri möhkəmləndirir. Biz 2026-cı ildə Ermənistanın Avropa Siyasi Birliyinin Sammitinə ev sahibliyi etməsini səbirsizliklə gözləyirik”, - Koşta paylaşımında qeyd edib.
Politoloq Tural İsmayılov “Sherg.az”a deyib ki, Avropa İttifaqının Ermənistanla normallaşma prosesinə verdiyi dəstək bölgədə sülhə töhfə vermək əvəzinə geosiyasi balansı pozmaq riski daşıyır:
“Aİ-nin bu yanaşması Ermənistanın keçmiş təxribatçı siyasətlərini görməzdən gəlmək anlamına gəlir. Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımayıb və sərhəd məsələlərində qeyri-konstruktiv mövqe sərgiləyir. Koştanın paylaşımında Ermənistanın “ambisiyalı islahatları”na istinad edilməsi, bu ölkənin demokratik defisitini ört-basdır etmək cəhdidir. Aİ-Ermənistan Əməkdaşlıq Gündəliyinin regional sabitliyə deyil, daha çox siyasi yönümlü təsirə xidmət etdiyi görünür. Avropa İttifaqı Ermənistanı dəstəkləməklə Cənubi Qafqazda balanslı vasitəçi rolunu itirir. Bu, Aİ-nin Azərbaycana qarşı keçmişdə sərgilədiyi ikili standartların davamı ola bilər. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Aİ-nin bəzi dairələrinin qərəzli mövqeləri yaddaşlardadır. Ermənistanın Avropa Siyasi Birliyinə ev sahibliyi etməsi onun regional məsuliyyətini artırmaq əvəzinə, siyasi imicini cilalamaq məqsədi daşıyır. Normallaşma üçün ilk növbədə Ermənistanın işğalçı siyasətindən tam imtina etməsi və səmimi addımlar atması vacibdir. Aİ isə bu prosesdə tərəfsiz və prinsipial mövqe tutmalıdır. Əks halda, bölgədəki gərginliklər yenidən alovlana bilər”.
Politoloqun sözlərinə görə, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması real və davamlı sülh üçün konkret hüquqi və siyasi öhdəliklər tələb edir:
“Ermənistanın ritorikası ilə əməli arasında ciddi fərq qalmaqdadır. Avropa İttifaqı bu fərqi görməli və siyasətini ona uyğun tənzimləməlidir. Əks halda, bu dəstək bölgədə sabitlik deyil, yeni gərginliklər doğura bilər”.
Kəmalə Vəliyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm