
Aİ-Gürcüstan gərginliyi daha da dərinləşə bilər -POLİTOLOQ
12:59 10.07.2025
Cənubi Qafqaz
564
Gürcüstanın Baş naziri İrakli Kobaxdize Avropa Parlamentinin ötən gün Gürcüstanla bağlı qəbul etdiyi qətnaməni biabırçı adlandırıb. Bu barədə Teleqraf-ın yerli bürosu xəbər verib.
Son dövrlər Gürcüstan ilə Avropa İttifaqı(Aİ) arasında münasibətlərdə gərginlik açıq şəkildə özünü göstərir. Tərəflər arasında fikir ayrılıqları daha da böyüyərək kəskin hal alıb. Avropa İttifaqının Gürcüstanın daxili siyasətinə dair narahatlıqları, Tbilisinin isə bu müdaxiləni qəbul etməməsi iki tərəf arasında strateji əməkdaşlığın gələcəyi ilə bağlı suallar yaradır.
Gözləntilərin əksinə olaraq, Gürcüstan son aylarda daha çox Rusiya və Çin kimi alternativ tərəfdaşlarla əlaqələrini gücləndirməyə çalışır. Bu isə regionda geosiyasi tarazlığın dəyişməsi ehtimalını gündəmə gətirir.
Mövzu ilə bağlı politoloq Turab Rzayev Sherg.az-a açıqlamasında Gürcüstanla Avropa İttifaqı arasında gərginliyin yenidən gündəmə gəldiyini və bu vəziyyətin bir müddət davam edəcəyini söyləyib:

"Son zamanlar Avropa İttifaqı Gürcüstanın daxili siyasətinə dair açıq müzakirələr aparır, xüsusilə də sabiq prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması ilə bağlı tələblər irəli sürür. Bundan əlavə, Aİ Gürcüstanda etiraz aksiyalarının zorakılıqla yatırılması, parlament üzvlərinin və müxalifət nümayəndələrinin həbsi, siyasi partiyalara və ictimai hərəkatlara qarşı təzyiqlərlə bağlı narahatlığını ifadə edir. Avropa İttifaqı Gürcüstandan bu addımları dayandırmağı, etiraz aksiyalarına qarşı daha yumşaq mövqe sərgiləməyi və siyasi məhbusların azad edilməsini tələb edir".
Politoloq Aİ-nin mövqeyinin Gürcüstanda narazılıqla qarşılandığını bildirib:
"Rəsmi Tbilisi Avropa İttifaqının ölkənin daxili işlərinə qarışmasını qəbul etmir. Gürcüstanın Qərblə münasibətləri son dövrlər gərgin idi və bu gərginlik daha da dərinləşə bilər. Bu səbəbdən o, Qərbdən uzaqlaşaraq Rusiya-Çin xəttinə yaxınlaşdı. Eyni zamanda, Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı namizədlik prosesini faktiki olaraq dondurdu".
Ekspert sonda Aİ-nin Saakaşvilinin azadlığa buraxılması ilə bağlı israrının və daxili siyasətə dair tənqidi mövqeyinin Gürcüstanda ciddi narazılıq yaradacağını söyləyib. O, Avropa ilə uzunmüddətli gərginlik ehtimalının daha da artacağını qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region