
“Daşnaksütyun” Paşinyanın hədəfində: Bu təmizləmə yox, erməni xalqını xilasetmə cəhdidir
11:24 10.07.2025
Cənubi Qafqaz
386
Bu cəhdinə görə ermənilər bir gün ona dərin minnətdarlıq edəcəklər
Ermənistanda "Daşnaksütyun" partiyasının gənclər təşkilatının üzvlərinin evlərində axtarışlar aparılıb. Onların hamısı Ermənistanın İstintaq İdarəsinə aparılıb.
Bu barədə parlamentdəki müxalif "Ermənistan" fraksiyasının deputatı Artur Xaçatryan bildirib.
Deputat deyib ki, o, partiyanın üzvü Geqam Manukyanın evində keçirilən axtarış zamanı orada olub və onun oğlu Taron Manukyanın saxlanılmasının şahidi olub.
"Hüquq-mühafizə orqanlarının əməkdaşları deputatın və onun oğlunun telefonlarını, eləcə də bir neçə şəxsi əşyasını müsadirə etdilər",- o qeyd edib.
Artur Xaçatryan sözlərinə görə, partiyanın gənclər birliyinin daha 4-5 üzvü də İstintaq İdarəsinə aparılıb.
Siyasi şərhçi Azər Həsrət “Sher.az”a bildirib ki, “Daşnaksütyun” partiyası terorçu təşkilatdır:

“Ermənilərin bütün bəlalarının başında kilsə ilə bərabər, “Daşnaksütyun” partiyası da dayanır. Partiya 19-cu əsrin sonlarında Rusiyanın və Qərbin dəstəyi ilə qurulub. Partiyanın üzvləri sonrakı mərhələrdə də boş dayanmadılar və teror əməllərini davam etdirdilər. Hətta erməni xalqına böyük əzablar yaşatdılar. Çünki onların teror əməlləri nəticəsində ermənilər, xüsusilə qonşuları olan Azərbaycan və Türkiyə kimi dövlətlərlə qarşı-qarşıya dururdu. Bu gün Paşinyan öz ölkəsini normal dövlətə çevirmək istəyir. Bunun üçün də “Daşnaksütyun” kimi ünsürləri təmizləməklə məşğuldur. Ona görə də istər “Daşnaksütyun", istərsə də kilsə nümayəndələri ilə bağlı araşdırmalar aparılır. Onlar sözdə xalq, millət, dövlət maraqları desələr də, özləri xirtəyə kimi korrupsiyaya bulaşıblar. Dedikləri ilə etdikləri üst-üstə düşmür. Paşinyan isə bir növ bunları faş etməklə məşğuldur. Əslində bunu seçki öncəsi təmizləmək kimi də dəyərləndirirlər. Amma bu təkcə seçki öncəsi təmizləmə deyil, həm də erməni millətini xilasetmə cəhdidir. Bu cəhdinə görə ermənilər bir gün ona dərin minnətdarlıq edəcəklər”.
Siyasi şərhçinin sözlərinə görə, Paşinyan çalışır ki, erməni xalqı qonşularla-türklərlə normal münasibətlər müstəvisinə çıxsın:
“Bu çalışmaların qarşısında da əsas əngəl kilsə və “Daşnaksütyun” partiyasıdır. Onları təmizləmək günün tələbidir. Üstəlik də, bu hadisələrin , həm də Paşinyanın BƏƏ-də Prezident İlham Əliyevlə görüşdüyü anlarda baş verməsi əlavə qeyd edilməlidir. Yəni Baş nazir prosesi bir an belə dayandırmaq fikrində deyil. Bu mənada Paşinyan böyük qətiyyətlilik nümayiş etdirir. Elə erməni xalqının xilası da bu qətiyyətlilikdən asılı olacaq”.
Kəmalə Vəliyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm