Ermənistan müxalifəti Nikol Paşinyana qarşı impiçment prosesinə başladı
13:07 11.06.2025
Cənubi Qafqaz
201
“Ermənistan Baş naziri Nikol Paşinyana qarşı impiçment prosesi başlayıb və onun sonu yalnız bir ola bilər: qələbə”.
Teleqraf xəbər verir ki, bunu impiçment prosesinin təşəbbüskarı, Ermənistan parlamentindəki “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, “Şərəfim var” fraksiyasından olan 6 deputat baş nazirə etimadsızlıq prosesinin başladılması üçün blankı imzalayıb.
“Qələbəyə aparan yol bütün mümkün konstitusion vasitələrlə lazımi sayda imza toplamaqdan keçir, həmçinin informasiya, küçə təzyiqi, siyasi təzyiq və sairdən”, - Mamicanyan bildirib.
Deputat əlavə edib ki, lazımi sayda imzalar toplandıqdan sonra məsələ parlamentdə müzakirəyə çıxarılacaq.
Baş nazirə etimadsızlıq məsələsi tələb olunan 36 imza toplanacağı təqdirdə parlamentdə müzakirə oluna bilər. Təşəbbüskar “Şərəfim var” fraksiyasının 6, “Ermənistan” fraksiyasının 28 deputatı imza verməyə hazır olduğunu bəyan edib. İki fraksiyanın imzaları cəmi 34 edir, məsələnin parlamentin gündəliyinə salınması üçün isə 2 imza çatışmır.
Təşəbbüsün parlament tərəfindən qəbul olunması, yaxud baş nazirin impiçment edilməsi üçün isə minimum 54 deputatın səsi lazımdır. Yəni bunun üçün hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının 18 deputatının da səsi lazım olacaq. Hakim fraksiyadan isə hələlik təşəbbüsə dəstək verən yoxdur.
“Şərəfim var” fraksiyası Nikol Paşinyana qarşı impiçment prosesin başladılması üçün iyunun 7-də Masis şəhərinin meri Davit Ambarsumyanın baş nazirliyə namizədliyini irəli sürüb.
Xatırladaq ki, “Şərəfim var” və “Ermənistan” bloklarının liderləri Ermənistanın sabiq prezidentləri Serj Sərkisyan və Robert Köçəryandır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ChatGPT ilə xərçəngə qarşı peyvənd hazırladı
02:34 29.03.2026
Sağlamlıq
“Yeraltı” serialının Bozosu Bakıya gəlir
02:02 29.03.2026
Şou
ABŞ İrana qarşı əməliyyatda 11000-dən çox hədəfi vurub
01:36 29.03.2026
Dünya
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə