Ermənistan hökuməti dövlət büdcəsinin kəsirini maliyyələşdirmək üçün OPEC Beynəlxalq İnkişaf Fondundan 80 milyon avro kredit alacaq.
Teleqraf xəbər verir ki, müvafiq qərar bu gün keçirilən hökumət iclasında qəbul olunub.
Məlumata görə, hökumət vergi daxilolmalarının yığımı göstəricilərinin və maliyyə sabitliyinin artırılması məqsədilə dövlət idarəçiliyinin səmərəliliyinin yüksəldilməsi proqramı hazırlayıb.
OPEC Fondundan ayrılacaq kredit 6 aylıq dəyişkən "Euribor" dərəcəsi (Avropa banklararası kreditləşmə faiz dərəcəsi, hazırda 2,606% səviyyəsindədir) və sabit 1,56% faiz əlavəsi ilə təqdim olunacaq. Beləliklə, kredit üzrə illik faiz dərəcəsi hazırda 4,166% təşkil edir.
Kreditin müddəti 18 ildir. Əsas borcun ödənilməsi üzrə 5 illik güzəşt dövrü nəzərdə tutulub.