Ermənistan parlamentində gərginlik: Paşinyan deputatı təhqir etdi, müxalifət üzr tələb etdi
09:34 08.05.2025
Cənubi Qafqaz
324
Ermənistan parlamentinin sədri Alen Simonyan brifinqdə dünən Milli Məclisdə hökumətin sual-cavab sessiyası zamanı yaranan gərginliyə toxunub.
Teleqraf xəbər verir ki, o, baş verənlərə görə Baş nazir Nikol Paşinyanın müxalifət nümayəndələrindən üzr istəməyəcəyini deyib.
“Müxalifət üzr istəməlidir, çünki bütün bunlar müxalifətin həyasız davranışının nəticəsidir. Siz zaldakı gərginliyi hiss etmirsinizmi? Əvvəlcə sözünüzü kəsirlər, sonra “sən” rejimində, sonra yalan danışmağa, sonra tək-tək, ardınca da kollektiv şəkildə qışqırmağa başlayırlar.
İnsanlarla ünsiyyətdə olanda məndən soruşurlar ki, Alen, bütün bunlara necə dözürsən? Nə qədər gərginlik olduğundan xəbəriniz yoxdur. Baş nazir də, mən də - hamımız insanıq və bir yerə qədər çatan səbrimiz var. haqlı olan baş nazir idi”, - Simonyan bildirib.
Spiker Ermənistan parlamentindəki müxalif deputatları “oğru və korrupsioner” adlandırıb. Həmçinin o, müxalifətin üzr tələblərini yersiz hesab edib.
Xatırladaq ki, dünən Milli Məclisdə sessiya zamanı Nikol Paşinyanın müxalif “Ermənistan” fraksiyasının deputatı Anna Qriqoryanın korrupsiya ilə bağlı sualını cavablandırarkən vəziyyət gərginləşib.
Çıxışı zamanı müxalifətdən olan deputatların aqressiv çıxışlarına cavab verən Ermənistan baş naziri əli ilə Qriqoryanın boyunu göstərərək deyib: “Bura qədər gəlib çatmısınız”.
Parlamentin bugünkü iclasında isə Nikol Paşinyan müxalifət nümayəndələrinin IQ-sünün aşağı olduğuna eyham vurub: “Əgər boyunuz qısadırsa, sizi işə götürən biz deyilik, amma bu iş üçün IQ-nüzün olub-olmadığını da soruşmuruq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm