Arda Zidanla fotosunu paylaşdı - Mbappedən cavab gəldi

“Real Madrid”in türkiyəli futbolçusu Arda Gülərin Fransa millisinin baş məşqçisi Zinəddin Zidanla çəkdirdiyi foto sosial şəbəkələrdə maraq doğurub.

Sherg.az Musavat.com-a istinadla xəbər verir ki, “Real Madrid”in “Roma” ilə qarşılaşmasında qələbə qazanmasında mühüm rol oynayan Arda Türkiyə-Fransa matçından sonra soyunub-geyinmə otağında Zidanla çəkdirdiyi fotonu sosial şəbəkə hesabında paylaşıb.

Paylaşımın şərh bölməsində fransalı hücumçu Kilian Mbappe diqqətçəkən sözlər yazıb. Fotonu özünün çəkdiyini zarafatla xatırladan Mbappe qeyd edib: “Şəkli çəkənin adını qeyd etməyəcəksən?”

Arda Gülər komanda yoldaşının şərhini cavabsız qoymayıb. O, Mbappeyə “Bu dəfə assist səndən gəldi” cavabını verib.