“Ermənistan” Paşinyanın vəzifədən uzaqlaşdırılması ilə bağlı bəyanat verdi
07:50 02.05.2025
Cənubi Qafqaz
357
Ermənistan parlamentindəki “Ermənistan” fraksiyası Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin başladılması təşəbbüsü ilə bağlı bəyanat verib.
Teleqraf xəbər verir ki, fraksiya hazırkı durumda bunun baş verməsi üçün zəminin olmadığını bildirib.
Bəyanatda qeyd olunur ki, “Ermənistan” fraksiyası həmişə Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün istənilən variantdan istifadənin tərəfdarı olub:
“Nikol Paşinyana impiçment yolu ilə etimadsızlıq ifadə etmək üçün möhkəm siyasi və hüquqi əsaslar var. Amma hazırkı baş nazirə etimadsızlıq səsverməsi Milli Məclisdə o halda müzakirə edilə bilər ki, prosesə başlamaq üçün azı 36 deputat öz imzalarını təqdim etsin. Prosesin uğurla başa çatması üçün Milli Məclisdə minimum 54 səs lazımdır.
O da bəllidir ki, küçələrdə güclü xalq təzyiqi olmadan impiçmentin uğuru üçün lazım olan təxminən 20 əlavə səsi əldə etmək mümkün deyil. Üstəlik, hətta bu cür təzyiqlər də son nəticədə lazımi səslərin təmin olunmasına zəmanət vermir”.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Fraksiya əlavə edir ki, təşəbbüsün müəllifləri siyasi partiyalar və ya hərəkatları təmsil etmirlər və impiçmentin mümkün uğursuzluğu və onun nəticələrinə görə heç bir siyasi məsuliyyət daşımırlar:
“Bu gün onların uğur qazanmaları üçün lazım olan üsyankar kütlələri yaratmaq qabiliyyəti də görünmür. Bütün bunlar fraksiyada təşəbbüsün real məqsədləri ilə bağlı şübhələr yaradır. Bununla belə, “Ermənistan” fraksiyası yekdilliklə bir daha təsdiq edir ki, impiçment prosesinin başlanması üçün 28 deputatımızın hamısının imzasını təqdim etməyə hazırdır.
Fraksiyamızın deputatlarını hədəfə almaq, bizimlə şantaj dilində danışmaq cəhdlərini də yolverilməz hesab edirik ki, bu da cavabsız qala bilməz. Bu üslub bizdə şübhələr yaradır: təşəbbüs Nikol Paşinyanı aradan götürməyə yönəlib, yoxsa “Ermənistan” fraksiyasını hədəfə almaq kimi gizli məqsəd var?”
Xatırladaq ki, Nikol Paşinyana qarşı impiçment kampaniyasının təşkilatçıları sabiq səfir Edqar Qazaryan və “Veto” hərəkatının rəhbəri Narek Malyandır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm