
Ermənistan üçün çətin dövr: Qarabağdan köçən ermənilər fəallaşdırılır
11:49 01.05.2025
Cənubi Qafqaz
356
Həmin planların arxasında erməni kilsəsi, Serj Sarkisyan, Robert Köçəryanın rəhbərlik etdiyi radikal düşərgə və onun arxasındakı xarici kəşfiyyat orqanları dayanır
Qarabağı könüllü tərk etmiş ermənilər İrəvanda toplantı keçirərək Ermənistan hökumətini küçə döyüşləri ilə təhdid ediblər. Bu barədə özünü "Artsax Vətəndaşlarının Hüquqlarını Müdafiə Şurası" adlandıran qondarma qurumun bəyanatında qeyd olunub.
Şuranın toplantısında öncə Qarabağdan könüllü köçən ermənilərin sosial problemləri və onların həlli yollarından bəhs olunub. Onlar hökumətdən mənzil, pul tələb ediblər.
radikalların bəyanatında qeyd olunur ki, tələbimiz yerinə yetirilməsə, hər an küçə döyüşlərinə qayıda və daha sərt addımlar ata bilərik.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli Sherg.az-a söyləyib ki, Qarabağdan könüllü şəkildə Ermənistana köçən ermənilərin indi fəallaşması təsadüfi deyil:

“2026-cı ilin parlament seçkiləri yaxınlaşır, ona görə də Qarabağdan köçən ermənilər fəallaşdırılır. Çünki onlar hakimiyyətin dəyişdirilməsi ilə bağlı planlarda xüsusi yer tuturlar. Həmin planların arxasında erməni kilsəsi, Serj Sarkisyan, Robert Köçəryanın rəhbərlik etdiyi radikal düşərgə və onun arxasındakı xarici kəşfiyyat orqanları dayanır. Onlar Qarabağdan köçən ermənilərdən istifadə etmək niyyətindədirlər. Onsuz da Qarabağdan köçən ermənilər ilə Paşinyan hakimiyyəti arasında qarşıdurmanın baş verəcəyi ehtimal edilirdi. Qeyd etmək lazımdır ki, Qarabağdan köçən ermənilərin əksəriyyəti Azərbaycanın Qarabağ bölgəsində terrorla məşğul olan şəxslərdir. Hətta bəzi məlumatlara görə onların əlində kifayət qədər silah mövcuddur. Paşinyan hakimiyyəti dəfələrlə bəyan edib ki, qeyri-qanuni saxlanan silahlar dövlətə təslim verilməlidir. Lakin həmin çağırışlar cavabsız qaldı və silahlar təhvil olunmadı. Seçki ərəfəsində sözügedən silahlardan istifadə oluna bilər. Görünən odur ki, Ermənistan üçün çətin dövr başlayır və erməni toplumu parçalanmış durumdadır. Əgər Qarabağdan köçən ermənilər radikal addımlar atarlarsa, bu müəyyən mənada Paşinyan hökümətinin xeyrinə də ola bilər. Çünki həmin halda Qarabağ ermənilərinə münasibəti aqressiv olan Ermənistan erməniləri Paşinyan hökümətini yenidən müdafiə etmək niyyətinə düşərlər. Bu baxımdan küçə toqquşmaları Paşinyan hakimiyyəti üçün seçki dividentləri qazandırar. Ermənistan uzun illər Qarabağ ermənilərinin hakimiyyəti altında olub və cəmiyyət onlara nifrət edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm