Ermənistanın “ikili oyun”u – Paşinyan Aİ və ŞƏT-ə üzvlük istəyir
12:10 16.07.2025
Cənubi Qafqaz
478
Tural İsmayılov: Ermənistan “harada olmalıyam”dan çox, “harada görünməliyəm” dilemması ilə üz-üzədir
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün rəsmi müraciət edib. Bu barədə Baş nazir Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ŞƏT-ə üzvlük Ermənistanın balanslaşdırılmış xarici siyasətinə uyğundur.
Qeyd edək ki, bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi də ölkənin ŞƏT-ə üzv olmaq niyyətini bəyan etmişdi.
Eyni mətbuat konfransında Paşinyan Ermənistanın Avropa İttifaqına (Aİ) da üzv olmaq istədiyini bildirib. Baş nazir etiraf edib ki, bu, sadə proses deyil və Aİ-yə daxil olmaq üçün bütün üzv ölkələrin razılığı ilə yanaşı, Ermənistanın Avropa standartlarına uyğunlaşması da vacibdir.
“Əsas məqsədimiz geniş və iddialı islahatlar proqramını həyata keçirməkdir”, – deyə Paşinyan vurğulayıb.
Maraqlıdır ki, Ermənistanın eyni zamanda həm Avroatlantik, həm də Avrasiya platformalarında yer almağa çalışması suallar doğurur. Mövcud geosiyasi reallıqlar fonunda Ermənistanın həm Aİ, həm də ŞƏT kimi iki quruma eyni vaxtda üzv olması nə qədər mümkündür?
Politoloq Tural İsmayılov Sherg.az-a söyləyib ki, Nikol Paşinyanın həm Avropa İttifaqına, həm də ŞƏT-ə üzv olmaq niyyəti Ermənistanın geosiyasi istiqamətdə qəti qərar verə bilmədiyini bir daha nümayiş etdirir:
"Bu yanaşma Ermənistanın “bütün tərəflərlə yaxşı münasibət” siyasətindən çox “heç kimlə tam bağlanmamaq” strategiyasına bənzəyir. Həmçinin zəifləmiş regional mövqeni bərpa etmək cəhdi kimi görünür. Əvvəla, ŞƏT-ə üzv olmaq ideyası Ermənistana yeni təhlükəsizlik və diplomatik platformalarda yer almağa imkan verə bilər. Ermənistan üçün bu, xüsusilə Rusiya ilə münasibətlərin gərginləşdiyi bir dönəmdə regiondakı balansı qorumaq baxımından alternativ fürsət kimi dəyərləndirilə bilər. Lakin burada bir önəmli məqam var: Ermənistan bu quruma üzv olmağa çalışarkən artıq onun tamhüquqlu iştirakçıları arasında Azərbaycan, həmçinin bu dövlətin strateji tərəfdaşları – Türkiyə və Çin də mövcuddur. Bu isə Ermənistan üçün bu platformada daha diqqətli və balanslı davranmağı tələb edir".
Analitik Paşinyanın Aİ-yə üzvlüklə bağlı dediklərini daha çox daxili ictimai rəyə və qərbyönlü siyasi çevrələrə mesaj kimi qiymətləndirir:
"Aİ-yə üzvlük mürəkkəb və uzunmüddətli prosesdir, həm iqtisadi, həm siyasi, həm də institusional baxımdan ciddi transformasiyalar tələb edir. Ermənistan isə hazırkı durumda nə iqtisadi sabitliyə, nə də siyasi bütövlüyə tam sahibdir. Bununla belə, Ermənistanın hər iki istiqamətdə paralel addımlar atmaq istəyi onu neytral mövqedə saxlamağa və müxtəlif platformalarda minimum təsir imkanları qazanmağa yönəlmiş taktiki gedişdir. Amma strategiya ilə taktika arasında həmişə fərq var. Qısa müddətdə bu, Ermənistan üçün elastiklik yaratsa da, uzunmüddətli baxımdan etibarlılıq və inam problemi doğura bilər. Yekunda demək olar ki, Ermənistan bu bəyanatlarla beynəlxalq siyasi manevr imkanlarını genişləndirməyə çalışır".
Tural İsmayılov əlavə edib ki, əsas məsələ: Ermənistanın üzv olmaq istədiyi təşkilatlara nə qədər uyğunlaşa bilməsidir:
"Yəni məsələ tək arzu ilə bitmir. Məsələ daxili hazırlıq, siyasi sabitlik və regional reallıqlara uyğun strateji duruşla tamamlanır. Hazırda isə İrəvan “harada olmalıyam?” sualına cavab tapmaqdan çox, “harada görünməliyəm?” dilemması ilə baş-başadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region