
Ermənistanın iqtisadiyyatı Moskvanın əlindədir: Rusiya kəşfiyyatı Paşinyanın hakimiyyətini hədəfdə saxlayır
Yusif Nəzərli
10:12 16.08.2025
Cənubi Qafqaz
365
Rusiya bazaları, agentura şəbəkəsi və Paşinyan
Gələn il seçkilər baş nazir üçün həyati risk daşıyır
Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya səfəri gözlənilir. Rusiya baş nazirinin müavini Aleksey Overçuk faktı təsdiqləyib. Qeyd edək ki, Ermənistanın baş naziri son dəfə Rusiyada iyul ayında olub və Altayda keçirilən Beynəlxalq Ekoloji Konfransda iştirak edib. Paşinyan Vaşinqton görüşündən sonra Rusiya rəhbəri V.Putinə də zəng etdi, onu məlumatlandırdı. Son günlərdə Gümrüdəki hərbi bazanın gücləndirildiyi deyilir. Xatırladaq ki, N.Paşinyan Vaşinqton görüşündən dərhal sonra Rusiya Prezidenti V.Putinlə telefon əlaqəsi saxlayaraq, onu məlumatlandırmışdı. Görünən odur ki, Ermənistan hökuməti Rusiya ilə münasibətləri tam korlamaq niyyətində deyil, çünki Moskvanı tamamilə kənarda qoymamaq cəhdi İrəvana baha başa gələ bilər. Ancaq Paşinyan əvvəlki kimi sıx müttəfiqlik münasibətlərini də saxlamır. Son günlərdə Gümrüdəki hərbi baza gücləndirilir. Bu, Ermənistanın razılığı ilə baş verirsə, deməli, İrəvan tam qarşıdurma məqsədi güdmür. Ermənistan Qərblə yaxınlaşsa da, iqtisadi, enerji və təhlükəsizlik baxımından hələ də Rusiyadan asılılıq böyükdür. Nəticə etibarı ilə Ermənistanın "təzyiq altında balans" siyasəti yürütdüyünü söyləmək olar.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında deyib ki, Paşinyan hakimiyyəti hazırda Qərblə Rusiya arasında bir balans siyasəti yürütməyə cəhd göstərir. Ekspert vurğulayıb ki, hələlik bu, qəliz məsələ olsa da, Paşinyan hakimiyyəti bunun öhdəsindən nisbətən gəlməyi bacarır:

"Ermənistan hökuməti Rusiya faktorunu nəzərə almağa məcburdur. Rusiyanın Ermənistana qarşı olduqca ciddi və təsirli təzyiq mexanizmləri mövcuddur. Bu mexanizmlər öz aktuallığını hələ də qoruyub saxlayır. Birincisi, Rusiyanın Ermənistan iqtisadiyyatında payı kifayət qədər genişdir. Ermənistanın əsas müəssisələri, iqtisadi sahələri Rusiya şirkətlərinin sahibkarlığı altındadır. Rəsmi İrəvan bu reallığı nəzərə almaq məcburiyyətindədir. Digər tərəfdən Ermənistan iqtisadiyyatının tamamilə çökməməsi baxımından Rusiya bazarları həlledici xarakter daşıyır. Ermənistan iqtisadiyyatının 60-70 faizi Rusiya bazarları ilə bağlıdır. İxrac dayanarsa, Ermənistan iqtisadiyyatı iflasa uğraya bilər. Digər tərəfdən Ermənistan iqtisadiyyatının ayaqda qalmasında Avrasiya İqtisadi İttifaqının böyük rolu var. Bu ittifaq çərçivəsində əldə olunan gömrük və vergi güzəştləri Ermənistan üçün daha sərfəli iqtisadi-ticari münasibətlər imkanları yaradır. Nəhayət, Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur".
E.Xalidbəyli əlavə edib ki, paralel olaraq ən təhlükəli faktor ondan ibarətdir ki, Ermənistanda Rusiya kəşfiyyatının agentura şəbəkəsi fəaliyyət göstərir:
"Bu sıraya Kilsə, oliqarxiya, radikal-revanşist düşərgəsi, generalitet daxildir. Ermənistanda Paşinyan hakimiyyətinə qarşı olan qüvvələr birbaşa Rusiyaya xidmət edirlər. Onlar rus kəşfiyyatı tərəfindən idarə olunurlar. Bunlar Rusiyanın Ermənistan üzərində hegemonluq imkanlarının geniş olduğunu göstərir. Belə situasiyada İrəvan Moskva ilə birbaşa qarşıdurmaya gedə bilməz. Rusiya faktoru mütləq nəzərə alınmalıdır. Böyük ehtimalla, Vaşinqton görüşündən sonra Paşinyan Kremllə münasibətlərin mümkün qədər balanslı qalmasına cəhd göstərəcək. Bunu ona görə edəcək ki, dolayı yollarla müdaxilələrə məruz qalmasın. Gələn il növbəti parlament seçkisi keçiriləcək. Paşinyan üçün bu, riskli mərhələdir. Rusiya Paşinyan hakimiyyətini dəyişdirmək niyyətini büruzə verib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm