Köçəryan zəruri tibbi müayinədən keçdikdən sonra məhkəməyə təqdim olunacaq

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsinə dair vəsatət siyasətçinin zəruri tibbi müayinədən keçirilməsindən sonra məhkəmədə nəzərdən keçiriləcək.

APA xəbər verir ki, onun səhhətinin bu gün saxlanıldıqdan sonra pisləşdiyi bildirilir.

“Robert Köçəryan zəruri tibbi müayinədən keçdikdən sonra məhkəməyə təqdim olunacaq”, - Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatında deyilir.

Bu gün saxlanılan sabiq prezident və onun böyük oğlu Sedrakdan başqa, 1999-2009-cu illərdə hökumət bağlarının təsərrüfat müdiri vəzifəsində çalışmış A.V. və onun ailə üzvləri barəsində də həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlər təqdim olunub.