Son xəbərlər

Zelenski: ABŞ Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı konkret təklif irəli sürməyib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ administrasiyasının ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı hələlik konkret təklif təqdim etmədiyini bildirib.

Sherg.az xəbər verir ki, Zelenski BBC-yə müsahibəsində ABŞ Prezidenti Donald Trampdan Ukraynanı NATO-da görmək istəyib-istəmədikləri ilə bağlı aydın mövqe eşitmədiyini deyib.

“ABŞ prezidentindən Ukraynanı NATO-da görmək istəyib-istəmədikləri barədə konkret təklif eşitməmişəm”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, hazırda danışıqlarda Ukraynanın təhlükəsizliyinin təmin edilməsi mexanizmləri müzakirə olunur. Lakin ölkənin NATO-ya üzvlüyü məsələsi hələlik gündəmdə deyil.

Zelenski hesab edir ki, NATO-ya qoşulmaq Ukrayna üçün real təhlükəsizlik təminatları yaradacaq və ölkənin bərpasına dəstək baxımından mühüm siqnal olacaq.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ukraynanın Krımdan və NATO-ya üzvlük istəyindən imtina edəcəyi təqdirdə Rusiya ilə münaqişəyə “demək olar ki, dərhal son qoya biləcəyini” bildirmişdi.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə Ukraynada aradan qaldırılmalı hesab etdiyi məsələlər sırasında rus dilinin qadağan edilməsini və ölkənin NATO-ya üzvlük niyyətini də göstərib.