
Kremlin Karapetyan planı: Rusiya öz əlaltılarını indi də Ermənistanda hərəkətə keçirir
08:08 14.07.2025
Cənubi Qafqaz
369
Rusiya Samvel Karapetyan kimi maddi imkana malik, lakin siyasi düşüncədən kəm adamları önə çıxarmaqla Ermənistanda əhalinin müəyyən qismini şirnikləndirərək hakimiyyətə qarşı qaldırmağı planlayır
Ermənistan məhkəməsi tərəfindən konstitusiya quruluşunu devirməyə çağırış ittihamı ilə həbs edilən rusiyalı iş adamı və xeyriyyəçi Samvel Karapetyan siyasi qüvvə yaratmaq niyyətini açıqlayıb.
Karapetyanın mətbuat xidməti onun sözlərini sitat gətirərək bildirib ki, prinsipcə yeni siyasi qüvvə yaradırlar.
Qeyd edək ki, Samvel Karapetyan iyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və hakimiyyəti ələ keçirməyə açıq çağırışlar ittihamı ilə iki ay müddətinə həbs edilib. Bundan sonra Karapetyanın biznesi ilə bağlı yoxlamalar başlayıb, İrəvanda və ölkənin regionlarında “Pizza Taşir” MMC-nin bir sıra pizzaxanaları bağlanıb. Bundan başqa, Ermənistan hakimiyyəti Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsi prosesinin təşəbbüskarı olub.
Politoloq Tural İrfan Sherg.az-a deyib ki, Rusiya bölgədə öz imperiya siyasətini davam etdirmək niyyətini reallığa çevirmək cəhdləri göstərir:

"Özü də bunu çox çirkin və aqressiv formada təzahür etdirir. Sərnişin təyyarəmizin vurulması, rəsmi etiraf edilib üzr istənilməməsi, təzminat ödənilməməsi Rusiyanın nəinki Ermənistana, Azərbaycana qarşı da hegemonluq etmək cəhdlərini göstərir. Əsasən Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə yaxınlaşıldıqca Rusiya ənənəvi pozuculuq siyasətinə sadiq qalaraq Ermənistanın hazırki hakimiyyətinə qarşı təxribatlar hazırlayır. Ermənistanda hakimiyyəti devirməklə özünə bağlı qrupları hakimiyyətə gətirib sülh prosesini pozmaq, yeni təxribatlar, separatçılıq oyunları başlamaqla Ermənistanı yenidən təsir dairəsinə salmaq istəyir. Vaxtilə Qarabağda qondarma rejimin rəhbərliyinə gətirilmiş, indi Azərbaycanda həbsdə olan Ruben Vardanyan da Rusiyadakı iş adamlarından idi. Lakin sonda məlum aqibətlə üzləşdi".
Analitik qeyd edib ki, görünür, Rusiya öz əlaltılarını indi də Ermənistanda hərəkətə keçirir:
"Kilsə xadimlərinin Ermənistan hakimiyyətinə qarşı üsyanları da Rusiya tərəfindən körüklənirdi. Regionda gərginliyin artmasını öz imperiya siyasətinin tərkibi sayan Rusiya hazırda əvvəlki gücə və təsir qüvvəsinə malik deyil. Ermənistan da maksimum sülh prosesinin yekunlaşmasına tələsməlidir. Əgər Türkiyə və Azərbaycan ilə Ermənistanın münasibətləri nizama düşməsə heç kəs Avropa ya da ABŞ-dan gəlib Ermənistanda hakimiyyəti devirən rusyönlü qüvvələri dəf edə bilməz. Ermənistan bölgədə Azərbaycan və Türkiyəyə möhtacdır. Çünki regionda güc və söz sahibi bu iki dövlətdir. Paşinyan bunu anlayır və ona görə də Azərbaycan və Türkiyə ilə münasibətlərin nizamlanmasına çalışır. Əhali də kilsənin Rusiyaya alət olmasına qarşı çıxır və təxribatlardan, müharibədən bezib. Ona görə də Paşinyanın "real Ermənistan" planını dəstəkləyirlər. Rusiya ABŞ-nin və Avropanın təziqləri, basqıları və Ukrayna müharibəsindəki durumuna görə Ermənistanda hakimiyyəti devirmək iqtidarında deyil. Çünki hazırki Ermənistan hökuməti ilə müəyyən mübadilələr aparan bölgə və Avropa ölkələrinin mövqeyi bunun əksinədir. Ona görə ki, Ermənistanda indiki hakimiyyətin yerinə gətirmək istədikləri rusiyayönlü qüvvələr ilə bu dövlətlərin maraqları əsla uyğunlaşa bilməz. İndiki hakimiyyətə alternativ göstərilən güclərin hamısı Rusiyanın təsirində olan qüvvələrdir".
Tural İrfanın fikrincə, Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalasa Rusiyanın təziqləri qarşısında davam gətirə bilər:
"Hazırda Rusiya Samvel Karapetyan kimi maddi imkana malik, lakin siyasi düşüncədən kəm adamları önə çıxarmaqla Ermənistanda əhalinin müəyyən qismini şirnikləndirərək hakimiyyətə qarşı qaldırmağı planlayır. Ancaq hesab edirəm ki, bu planın baş tutması üçün potensial, zəmin və o əhval - ruhiyyə yoxdur. Əhali əsasən Paşinyan hakimiyyətinin getdiyi sülh prosesinə və real Ermənistan ideyasına köklənib. Bir növü, uzun illərdir Rusiyanın imperiya siyasətinə alət olduqlarını və nəticədə də bölgə xalqları ilə düşmən olduqlarını anlayır və etiraf edirlər. Bu düşmənçiliyin həm Ermənistan dövlətinə həm də xalqa ciddi zərbə vurduğunun fərqindədirlər. Odur ki, Türkiyə və Azərbaycan ilə sülh şəraitində, real Ermənistan çərçivəsində yaşamağa üstünlük verirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region