Paşinyan ABŞ-a “yaşıl işıq” yandırdı: Zəngəzur dəhlizi Vaşinqtonun nəzarətinə keçə bilər
13:33 16.07.2025
Cənubi Qafqaz
374
Asif Nərimanlı: 100 illik icarə məsələsi regional baxımdan tamamilə müsbət perspektiv vəd etmir
Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan regionda nəqliyyat infrastrukturunun, o cümlədən qarşılıqlı tranzit yollarının açılmasında maraqlıdır.
Bu barədə o, iyulun 16-da keçirilən mətbuat konfransında danışıb. Paşinyanın sözlərinə görə, Ermənistan ərazisindən Azərbaycana və əks istiqamətdə keçən marşrutlar, üçüncü ölkələrlə ticarət əlaqələrinin qurulması önəmlidir və rəsmi İrəvan bu istiqamətdə ardıcıl şəkildə maraq və hazırlıq nümayiş etdirir.
Zəngəzur dəhlizinin ABŞ tərəfindən icarəyə götürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Paşinyan bildirib ki, Ermənistanda bir çox sahələrdə autsorsinq (kənar idarəetmə) təcrübəsi var və bu, ölkənin suverenliyini pozmur. Məsələn, Zvartnots hava limanı və Cənubi Qafqaz dəmir yolu xarici şirkətlər tərəfindən idarə olunsa da, onların mülkiyyəti Ermənistana məxsusdur.
Baş nazir qeyd edib ki, "Sülhün kəsişməsi" layihəsi çərçivəsində yol, boru kəməri, elektrik xətləri və kabel infrastrukturuna investisiya yatırmaq üçün şirkətlərin yaradılması mümkündür. O əlavə edib ki, Ermənistan qanunvericiliyinə görə, torpaq icarəsi “tikinti hüququ” əsasında həyata keçirilir və müqavilə bitdikdən sonra həmin investisiyalar dövlətin mülkiyyətində qalır.
Xatırladaq ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak daha əvvəl Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət təklif etdiklərini bildirmişdi.
Politoloq Asif Nərimanlı Sherg.az-a deyib ki, Ermənistan Baş nazirinin bu açıq etirafı deməyə əsas verir ki, rəsmi İrəvan ABŞ-ın təşəbbüs göstərdiyi layihələrə müsbət yanaşır
"Paşinyan bildirib ki, Ermənistanda “outsourcing” – yəni kənar operatorların istifadə olunduğu bir təcrübə mövcuddur. Onun sözlərindən belə başa düşülür ki, bu təcrübə Ermənistanın suverenlik prinsipinə zidd deyil. Bu da o deməkdir ki, ABŞ-ın təşəbbüs göstərdiyi layihələr çərçivəsində Zəngəzur dəhlizinin keçdiyi ərazidə Amerika şirkətinə uzunmüddətli icarə verilməsi və həmin marşrutun idarəsinin həmin şirkət tərəfindən həyata keçirilməsi planlaşdırılır. Nəticədə, region dövlətləri də həmin dəhlizdən istifadə etməli olacaqlar. Burada əsas məsələ, 100 illik icarə məsələsidir. Bu isə regional baxımdan tamamilə müsbət perspektiv vəd etmir. Əgər belə bir proses reallaşarsa, ABŞ bölgədə həmin şirkət vasitəsilə 100 il müddətinə faktiki olaraq mövcudluğunu təmin etmiş olacaq. Bu isə bölgənin geosiyasi qarşıdurma mərkəzinə çevrilməsi riskini artırır. Ermənistan hakimiyyəti daha əvvəl bəyan etmişdi ki, heç bir ərazisini icarəyə vermək niyyətində deyil. Lakin Paşinyanın bu günkü açıqlaması göstərir ki, əslində Ermənistan ABŞ şirkətinin Zəngəzur dəhlizini işlətməsinə razıdır. Burada əsas sual ondan ibarətdir ki, icarə müddəti nə qədər olacaq? Bu məsələ hələlik müzakirə predmetidir. Böyük ehtimalla 100 illik icarə razılaşdırılmayacaq. Amma müəyyən müddətə icarə variantı müzakirə oluna bilər və tərəflər bu istiqamətdə razılaşma niyyətindədirlər".
Amalitik qeyd edib ki, Azərbaycan üçün əsas məsələ dəhliz ABŞ-ın təşəbbüsü ilə reallaşarsa, ölkəmizin nə qazanacağıdır:
"Burada Azərbaycanın əsas tələbi Naxçıvanla quru keçidinin təmin olunmasıdır. Yəni Azərbaycan istəyir ki, Zəngəzur dəhlizi ilə Naxçıvana daşınan yüklər və sərnişinlər gömrük rüsumuna və sərhəd nəzarətinə məruz qalmadan keçsin.
Bu variant əvvəllər də, xüsusən Brüssel danışıqları zamanı gündəmə gəlmişdi. Görünür, Azərbaycan bu varianta müsbət yanaşır. Əgər üçüncü ölkələr də bu marşrutdan istifadə edəcəksə, o zaman Ermənistanın qanunvericiliyi tətbiq olunmamalı, gömrük və sərhəd yoxlamaları həyata keçirilməməlidir. Bu istiqamətdə Azərbaycan və Ermənistan mövqeləri bir qədər yaxınlaşıb. Lakin burada ən mübahisəli məsələ təhlükəsizliyin kim tərəfindən təmin olunacağıdır. ABŞ-ın yanaşmasından belə görünür ki, bu məsuliyyət də özəl şirkətə veriləcək. Nəticə etibarilə, tərəflər arasında bu istiqamətdə müəyyən anlaşmalar var. Yəni Azərbaycan üçün Naxçıvan keçidi təmin edilir, regionda kommunikasiyalar açılır və dəhlizin təhlükəsizliyi özəl şirkət tərəfindən qorunur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm