Petrosyan sülhə qarşı çıxdı – Rusiyaya çağırış etdi
Yusif Nəzərli
07:03 20.08.2025
Cənubi Qafqaz
411
“Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhə qarşı çıxan sabiq prezident Levon-Ter Petrosyanı bağışlamayacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Arusyak Julhakyan deyib.
Siyasətçi Ermənistanın keçmiş prezidentinin açıq şəkildə sülh prosesinə qarşı çıxdığını, ABŞ-də Bakı və İrəvan arasında əldə edilmiş razılaşmaya kölgə salmağa çalışdığını, Rusiyanı bunun qarşısını almaq üçün fəallaşmağa çağırdığını bildirib.
Julhakyan qeyd edib ki, Petrosyan vaxtilə “sülh və mehriban qonşuluq”dan danışsa da, bu gün tamamilə əks mövqe sərgiləyir:
“Sülh, barışıq, mehriban qonşuluq” şüarının müəllifi, “qonşularla normal münasibətlərin böyük tərəfdarı” olan birinci prezident avqustun 8-də regionda sülhün və sabitliyin bərqərar olması istiqamətində atılan nəhəng addımı dəyərləndirməli, ən azı, əldə olunmuş razılaşmaların müsbət və (əgər varsa) mənfi tərəflərindən danışmalı idi. Bu arada, bu on gün ərzində Ter-Petrosyan üç dəfə çıxış edib, birinci dəfə Rusiyanın niyə susmasından, ikinci dəfə isə “Ermənistan tarixi, yoxsa erməni tarixi?” mövzusundan, üçüncüsündə də Qarabağ ermənilərinin niyə susmasından və küçələrə çıxıb etiraz etməmələrindən danışıb”.
Deputat əlavə edib ki, Petrosyanın Baş nazir Nikol Paşinyan sülh səylərinə və 7 il əvvəl həyata keçirdiyi uğurlu inqilabına görə bağışlaya bilmir:
“Belə qənaətə gəlmək olar ki, Petrosyan Paşinyanı bağışlamayacaq. O, 2020-ci il müharibəsində (Azərbaycana) məğlubiyyəti yox, 2018-ci il inqilabındakı qələbəni - Paşinyanın başladığı və onu uğursuzluğa düçar edən inqilabı başa çatdırmasını bağışlamır. Paşinyan da başladığı və uğursuzluğa düçar olduğu sülh prosesini başa çatdırıb nəsillərimizin təqdirini və minnətdarlığını qazananda bağışlamayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm