
Politoloq: ABŞ-nin qəbul etdiyi qanun layihəsi Tiflis üçün açıq-aşkar təzyiq vasitəsidir
09:40 06.05.2025
Cənubi Qafqaz
451
Gürcüstan yalnız Rusiya imperializminə qarşı deyil, həm də Qərb imperializminə qarşı öz müstəqil siyasətini yürütməlidir
ABŞ Nümayəndələr Palatası Gürcüstan hakimiyyətinin əleyhinə olan qanun layihəsinə dəstək ifadə edib.
349 konqresmen “Megobari Act” adlandırılan sənədin lehinə səs verib, onlardan 168-i respublikaçı, 181-i isə demokratdır.
Qanun layihəsinin əleyhinə isə 42 konqresmen səs verib, daha 42 nəfər isə səsvermədə iştirak etməyib.
Akt Gürcüstanın yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar və viza məhdudiyyətlərinin tətbiqini nəzərdə tutur. Sənəddə, həmçinin yardım proqramları da daxil olmaqla ABŞ-Gürcüstan münasibətlərinin yenidən dəyərləndirilməsi, gürcü xalqının avroatlantik inteqrasiyasına dəstəyin tanınması, “Gürcü Arzusu” partiyasının nümayəndələrinə qarşı sanksiyaların tətbiqini ABŞ prezidentinin öhdəsinə qoymaq, gürcü xalqı ilə əlaqələri və müdafiə sahəsində əməkdaşlığı möhkəmləndirmək, Gürcüstanın ərazi bütövlüyü və suvenerliyinə dəstəyin təsdiqlənməsi, vətəndaş cəmiyyətinin dəstəklənməsi müddəaları da yer alıb.
Nümayəndələr Palatasından sonra qanun layihəsinə Senatda baxılmalı və səsverməyə qoyulmalıdır. Hər iki palatanın təsdiqləyəcəyi halda sənəd ABŞ prezidentinə imzalanmağa təqdim olunacaq.
Qeyd edək ki, Tbilisi-Vaşinqton münasibətlərində böhran ötən ilin noyabrından hökm sürür. ABŞ noyabrın 30-da Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb. Ağ Evin yeni rəhbərliyi Gürcüstanla bağlı mövqeyini rəsmi olaraq hələ açıqlamayıb.
Politoloq Əhəd Məmmədli Sherg.az-a deyib ki, “Gürcü Arzusu” partiyasının Rusiya ilə münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımlar, Ukraynaya qarşı sanksiyalara qoşulmaması, enerji suverenliyini qorumağa çalışması və balanslı siyasət yürütməsi – son dövrlərdə Qərbdən gələn ciddi tənqidlərə səbəb oldu:

"Bütün bu proseslər fonunda Gürcüstana qarşı təzyiqlərin artmasını təsadüfi hesab etmirəm. Ukraynanın hazırkı ağır vəziyyəti Gürcüstan üçün ciddi bir dərs oldu. Gürcüstan bu hadisələrdən nəticə çıxararaq eyni taleyi yaşamaq istəmir. Nəzərə almaq lazımdır ki, Gürcüstanın Rusiya ilə 1000 kilometrlik bir sərhədi var və ərazi bütövlüyünün 20 faizi artıq separat qrupların nəzarətindədir. Rusiya həmin bölgələrin müstəqilliyini tanıyıb. Belə bir vəziyyətdə Gürcüstan Ukraynanın etibar etdiyi vədlərə inanaraq daha da mürəkkəb bir duruma düşməməlidir. Postsovet dövründən bu yana formalaşmış bir stereotip var ki, guya müstəqilliyimizi yalnız Rusiyadan qorumalıyıq. Halbuki, bu yanaşma birtərəflidir. Əslində, özünə hörmət edən hər bir dövlət suverenliyini bütün xarici təsirlərdən – istər Şərqdən, istərsə də Qərbdən qorumağa borcludur.
Avropa İttifaqına inteqrasiya və ya NATO-ya üzvlük uğrunda Gürcüstan öz dəyərlərindən, milli kimliyindən və ənənələrindən imtina etməməlidir. Amorf vədlərə əsaslanaraq addımlar atmaq təhlükəlidir. 2008-ci ildə ABŞ Prezidenti Corc Buş Tiflisə gəldi, simvolik jestlər göstərdi, lakin həmin ilin avqustunda Rusiya tankları Tiflisin cəmi 20 kilometrliyinə qədər irəlilədi. Bu, Gürcüstanın yaddaşında acı təcrübə kimi qalıb".
Politoloq qeyd edib ki, bu gün ABŞ-da Gürcüstan hakimiyyətinin əleyhinə olan qanun layihəsi Tiflis üçün açıq-aşkar bir təzyiq vasitəsidir:
"Məqsəd, Gürcüstanın Moskva ilə münasibətləri normallaşdırmasının qarşısını almaqdır. Gürcüstan yalnız Rusiya imperializminə qarşı deyil, həm də Qərb imperializminə qarşı öz müstəqil siyasətini yürütməlidir. Gürcüstan bu prosesdə balanslı siyasət apararaq Azərbaycan və Türkiyə kimi regional tərəfdaşlarla əlaqələrini yüksək səviyyədə saxlamaqla, həm təhlükəsizlik, həm də iqtisadi sabitlik baxımından önəmli üstünlüklər əldə edə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm